Page 189 - Peşəkar aktyorluq dərsləri
P. 189
DÖRDÜNCÜ DӘRS

Fasilәsiz hәrәkәt Peşəkar aktyorluq dərsləri

(29 dekabr 1941-ci il)

Nәhayәt, anlamalıyıq ki, daxilimizdә daim hәrәkәtdә 189
olan qüvvә var. Fәallıq, özünәinam, peşәkarlıq, oriji-
nallıq, günbәgün inkişaf etmәk bacarığı öz-özünә arta
bilәrmi? Әlbәttә! Dәrk edirik ki, işә qәbul olunandan son-
ra vәzifәmiz sәhnәyә çıxıb oynamaqdır, amma rol ifa
etmәyәndә, sәhnәdәn uzaq düşәndә passiv vә tәnbәl
adama çevrilirik. Aktyor hәtta bir anlığa belә tәsәvvür
etsә ki, qayğısız adamdır, heç bir problemi yoxdur, bu,
onun yaradıcı ruhunu öldürәcәk.

Biz ruhdan düşüb yarı yolda ayaq saxlaya bilmәrik.
Әgәr bunu başa düşürüksә, daxili alәm vә mәnәvi güc,
gözәllik vә bәdii ustalığımız artıb bütün çalarlarını
büruzә verәcәk, özünüifadә vasitәlәrindәn daha dolğun
yararlana bilәcәyik. Әgәr ilk baxışdan bu adi hәqiqәti
anlamağı bacarsaq, qarşımızda necә böyük imkanlar
açıldığını görәcәyik. Bәzәn çoxdan axtardığınız, rol üçün
mühüm saydığınız bir detal gözlәnilmәdәn peyda olur,
qәlbinizin dәrinliyindәn sizә siqnal ötürür. Bu siqnallar
özbaşına yaranmır, peşәkarlıq müәyyәn hәddә çatdıqdan
sonra mәnәvi ruh bizә çıxış yolu göstәrir.

Fasilәsiz hәrәkәt

Fasilәsiz hәrәkәti mәşq sayәsindә cilalaya bilәrik.
Yadınızdadırsa, xarakterik xüsusiyyәtlәrlә bağlı jestlәr
edirdik, elә bir an yetişdi ki, jest vә keyfiyyәtlәri öyrәnib
rol oynamağa başladıq. Amma bu vәziyyәtin uzun müd-
   184   185   186   187   188   189   190   191   192   193   194