Page 184 - Peşəkar aktyorluq dərsləri
P. 184
Mixail Çexov

sәrbәst vә yüngül olmalı, cidd-cәhd tәlәb etmәmәli, bәdә-
nin psixoloji vәziyyәtini göstәrmәlidir. Anlamalıyıq ki,
bәdәn sәrbәstlik qazandıqca gücü artır. Arzu vә istәyin
әzәlәlәrә ehtiyacı yoxdur. Әslindә, arzu vә istәk bizim
daxilimizdә yox, әtrafımızdadır – bu, psixoloji bir hissdir.
Hәqiqi istәk sәhnәdә cismimizә hakim kәsilir. Bu, istәyin
tam fәrqli keyfiyyәtidir: güclü, sürәtli vә daha inandırıcı.
Arzu vә istәk dolu çevik, yüngül bәdәn ruhu oyadır.
Tәlәsmәk, heç dә mәqsәdә doğru can atmaq deyil, әsl
xaosdur. Ancaq hәrәkәti sürәtlә yerinә yetirmәk – bax bu,
mәqsәdә can atmaqdır! Söylәdiyim iki fәrqli cәhәti bir-
biri ilә qarışdırmaq olmaz.

Bildirmәk istәyirәm ki, sәslәndirdiyim tәkliflәrdәn
heç birinin hipnozla әlaqәsi yoxdur. Qarşındakı şәxsi hip-
noz etmәyә çalışanda güclü tәxәyyül lazımdır. Bu, başqa
şәxsә qarşı yönәlmiş fәaliyyәt obyekti kimi görünür. Yәni
bir adamın iradәsi digәrinin iradәsinә üstün gәlir. Bizim
metodda buna aparan heç bir üsul yoxdur. Hipnoz indi
dәbdәn düşüb vә nadir hallarda istifadә olunur, amma
daha tәhlükәli sayılan psixoanalizә tez-tez müraciәt
edirlәr. Mәsәlәn, bizim metodda aktyorun sәhnәdә işıq
saçması o demәkdir ki, sәnәtkar istәr-istәmәz öz daxili
alәmini tam şәkildә açıb göstәrir.

Hәrәkәtin digәr növü “uçuş” adlanır. Bayaq söylә-
184 diyim çalışmanı tәkrar edin: stulu götürün, yerini dәyişin,

sonra stula әylәşin vә s. Amma bütün bu hәrәkәtlәri uçuş
hissi keçirә-keçirә yerinә yetirin. Әgәr çalışmanın şәrtinә
düzgün әmәl etsәniz, bәdәn bu hәrәkәtlәr sayәsindә müs-
bәt nәticә göstәrәcәk. Bu hәrәkәtlәri fasilәsiz etmәyә
çalışın – az keçmiş hәrәkәtin fiziki fazası dayanacaq, psi-
xologiya isә çalışmaqda davam edәcәk. Başqa sözlә de-
   179   180   181   182   183   184   185   186   187   188   189