Page 148 - Peşəkar aktyorluq dərsləri
P. 148
Mixail Çexov

tüpürmәk vәrdişindәn ömrü boyu әl çәkmәyәcәk, yәni
bu, uşağın xarakterinin ayrılmaz hissәsidir. Belә bir
hәrәkәtin başqası ilә әvәzlәnmәsi onun xarakterini
dәyişә bilәrmi?

– Bu, xarakteri güclәndirәn cәhәtdir. İstәsәniz dә,
istәmәsәniz dә, obraz özü bu hәrәkәti sizdәn tәlәb edә-
cәk.

– Mәncә, obrazı, psixoloji jesti vә arxetipi başa
düşmәyin yolu bәdәni anlamaqdan keçir. Bәdәnin
müxtәlif hissәlәrini hәrәkәtә gәtirmәk (mәsәlәn, әli
belә qoymaq, oturub dizә dirsәklәnmәk) vә diqqәti bu
hissәlәrә cәmlәşdirmәklә xarakterin açılmasına güclü
tәkan vermәk mümkündür. Necә bilirsiniz, aktyor
mәşq zamanı diqqәtini rol üzәrindә cәmlәşdirsә, bu,
arxetipi anlamağa imkan verәrmi?

– Metodda hәr şey bu yolla inkişaf edir: istedad
harada özünü sәrbәst hiss edirsә, orada bәdәnin hәrәkәtә
gәtirilmәsi, konsentrasiya mәqbul sayılır. Bu zәncirvarı
halqada bәdәn mühüm rol oynayır. Bәdәndә, daha doğru-
su, daxilimizdә çox sayda “düşmәn” dolaşır. Hәmin “düş-
mәn”lәr orada dәrin kök salıb vә yaradıcılıq prosesini
lәngidir, hәtta onun qarşısını alır. Onlar bunu elә sirli
şәkildә hәyata keçirirlәr ki, bәzәn bunu hiss etmir, nәti-
cәdә rolu istәnilәn sәviyyәdә oynaya bilmirik. Әgәr
bәdәn sәrbәstdirsә, oyun da sәrbәst, gözәl vә baxımlı
alınacaq. Bәdәni inkişaf etdirmәk isә aktyor üçün hәmişә
148 vacibdir.

Pyesә ilkin yanaşma – aktyor fantaziyası vә intuisiya

– Arxetip vә jest anlayışları ilә nәyi nәzәrdә tutdu-
ğunuzu yaxşı başa düşürәm. Bunlar aktyorun işini
yüngüllәşdirәn vasitәlәrdir. Lakin pyesi oxuyub başa
   143   144   145   146   147   148   149   150   151   152   153