Page 151 - Peşəkar aktyorluq dərsləri
P. 151
sor nöqteyi-nәzәrindәn danışmağı mәqbul sayır- Peşəkar aktyorluq dərsləri
sınız, yoxsa bunu özümüz müәyyәn edib tapmalıyıq? 151
– Bu, tamamilә aktyorların kimliyindәn asılıdır. Әgәr
aktyor rol almaqdan başqa heç nә ilә maraqlanmırsa,
mәn, Brodvey rejissoru kimi hәrәkәt edәrdim. Әvvәldәn-
axıracan ştamplar әsasında hazırlanmış tamaşa iki
hәftәdәn sonra sәhnәyә qoyulardı. Әgәr sizinlә pyes
üzәrindә işlәmәk imkanımız olsaydı, pyesә tam fәrqli
yolla yanaşardıq. İdeal aktyor truppası toplaya bilsәydim,
rejissor kimi görәcәyim iş dә başqa cür olardı. Bәlkә dә,
ritm üzәrindә işdәn başlayardım. İdeal aktyorlardan
ibarәt qrup müәyyәn ritm işarәlәri alandan sonra rolu
necә oynamaq lazım olduğunu anlayır. Demәli, bu, bәdii
tәrzdәn dә asılıdır.
– Brodveydә çalışarkәn hәm arxetip, hәm dә
jestdәn istifadә edә bilәrdik. Bunu fәrdi qaydada tәt-
biq etmәk mümkündür? Yәni heç rejissor da bilmә-
sin ki, bizim bu barәdә mәlumatımız var?
– Ola bilsin ki, hәmkarlarınız bununla razılaşmasınlar.
– Әgәr siz jest, yaxud arxetipi dәyişirsinizsә, nәti-
cәnin qәbul olunmuş son hәddinә gәlib çatırsınızmı?
– Rol üzәrindә işlәyәndә ştamplardan istifadә
etmәmisinizsә, demәli, heç nә dәyişmәyәcәk. Yox, әgәr
hәr şeyi dәyişmәyi düşünürsünüzsә vә nәticәnin qәbul
olunmuş son hәddinә ehtiyac yoxdursa, bu tәqdirdә oyu-
nun bütün mәrhәlәlәrindә öz ifanızı, arxetipi vә jesti
dәyişmәkdәn zövq alacaqsınız. Öz hәyatımdan misal
çәkim. Vaxtanqov mәni “XIV Erik” tamaşasına cәlb
edәndә heç birimizin bu incәliklәrdәn xәbәrimiz yox idi,
lakin ikimiz dә arxetipә, jestlәrә can atırdıq. Jesti tapanda
çox mürәkkәb bir mәsәlә ilә üzlәşdik: heç cür anlaya
bilmirdik ki, bu, jestin sadәlәşdirilmiş sahәsidir. Vaxtan-
qov mәnә dedi: “Tәsәvvürünü işә sal, elә düşün ki, sәh-
nәnin ortasında iri bir dairә var vә sәn hәmin dairәdәn
kәnara çıxa bilmirsәn, bax bu, Eriki sәciyyәlәndirir”.