Page 150 - Peşəkar aktyorluq dərsləri
P. 150
Mixail Çexov

әsәr vә onun әtrafındakı ictimai rәy barәdә düşünәn-
dә, hәmin rәyi hәrtәrәfli öyrәnәndә, psixoloji amil
üzәrindә işlәyәndә pyes haqqında birbaşa tәәssürat
almaq mümkün deyil. Bu tәәssüratın әksәr hissәsi
saxta olacaq vә impulsun yaranmasına dәrhal rәvac
vermәyәcәk. Yәni nәsә başqa bir hiss yaranacaq. Rol
üzәrindә işlәyәndә siz bu amildәn yararlanırsınız?
Onu mümkün vasitәlәrdәn biri kimi qiymәtlәndirmәk
olar?

– İşә hansı nöqtәdәn başlamağınız vacibdir. Dediyim
kimi, komediyalarda mühit kiçik, xarakterlәr isә çox
mühümdür, dramlarda mühit daha vacibdir, faciә әsәrlә-
rindә isә mühit hәr şey demәkdir, xarakterә o qәdәr dә
fikir verilmir. Bu hәm dә sizin metoda fәrdi yanaşma-
ğınıza aiddir.

– Başa düşürәm ki, jest, yaxud arxetip mahiyyәt-
dәn yaranan ilk tәәssüratdan doğmalıdır, әgәr xarak-
teri anlaya bilmәsәn, jest vә arxetipi necә tapa
bilәrsәn?

– Burada ziddiyyәt yoxdur. Arxetip vә jest daim inki-
şaf etmәli vә böyümәlidir. Әgәr siz jest edib arxetipin
qanadları sınmış qartal olduğunu görürsünüzsә, onda bu
gün әvvәlkindәn daha fәrqli şeylәr tapa bilәrsiniz. Necә
deyәrlәr, dәrindәn qazmaq, yerin tәkinә baş vurmaq la-
zımdır. Görәcәksiniz ki, nәyin bahasına olursa-olsun, öz
arxetiplәrinizdәn vә jestlәrinizdәn qurtulmaq mümkün
150 deyil. Çünki onlar sizin aktyor tәbiәtinizin bir hissәsinә
çevrilәcәklәr, qalan şeylәri isә unudacaqsınız.

– Deyirsiniz ki, aktyor jesti ilk tәәssüratdan bәh-
rәlәnәrәk hәyata keçirir, sonra isә onu zәnginlәşdirir.

– Bәli. Bu halda jest daha bitkin alınır.
– Tutaq ki, rejissorsunuz vә ilk mәşqә gәlmisiniz.
Pyesdәki mübarizә vә qarşıdurmalar barәdә bizә re-
   145   146   147   148   149   150   151   152   153   154   155