Page 491 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 491
lkә, dumanlıqda azıb bәxtiniz, Nisÿ Bÿyim
Bәlkә, vaxt yolunu uzaqdan salıb?
Bәlkә, gec oyanıb könül sevginiz, 491
Bәlkә, әlacınız son eşqә qalıb?

İndi yerә qoyur payız bәhrini,
İndi ömrün-günün miras vaxtıdır.
Kimi tәn bölünür, kimi әlәnir,
İndi çәkilәrin taraz vaxtıdır.

Hәrdәn tәbiәt dә çaşır sәmtini,
Hәrdәn müdriklәr dә uşağa dönür.
Hәrdәn ümidlәrin dikildiyi vaxt
Gizli ölәziyir, vәdәsiz sönür.

Rüzgarın gecikәn son baharına
Quru yarpaqların canı tökülür.
Qoca kötüklәrin üstünә bәzәn
Yaşıl budaqların qanı tökülür.

Hәyat bir kimsәyә vermir sirrini,
Deyir, düşünmәyә bir fürsәt dә var.
Bitsә dә dövranın sınaq möhlәti,
Hәlә yaşamağa bir qismәt dә var.

***

İkimiz bir çıxdıq baxtın ovuna,
Sәnә gülümsәyib xoş yola saldı.
Mәnә yar olmadı uğur mәlәyi,
Qırdı ürәyimi, boş yola saldı.

Bir ömrü sonadәk xәrac daşıdım,
Çarxı bәlam oldu, dәrdi yaşıdım.
Mәn könül evimdәn uzaq yaşadım,
İl ilә calanıb yaş yola saldı.
   486   487   488   489   490   491   492   493   494   495   496