Page 496 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 496
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

bir nәlbәki süd qoymuşdum
pişiyim Bәyazın qabağına
içmirdi üzümә baxırdı
gözlәrindә qırmızıya çalırdı deyәsәn süd

elә bil haçansa yuxuda
süd gölü gördüyüm düşürdü yadıma
deyәsәn dünyanın bütün canlıları
boyunlarında kәfәnlәri o gölә sarı imәklәyirdi axı
hә o gölә sarı imәklәyirdi
qәfil yaramın içindәn qızılı bir günәş doğurdu
qırmızıya boyayırdı gölü
496 sonra nәsә baş verirdi
ağlayan korpә kiriyirdi deyәsәn
sәsindәn gecәnin qaranlığına uzanan cığır itirdi
ölü böcәk hörümçәk torundan qopurdu
düşmürdü yuxusuzluğun içinә amma
hә düşә bilmirdi
başımın içindәkilәr
qayım sәsli xoruzların banıyla
çәyirdәklәrindәn çıxaraq çiçәklәyirdilәr işığa

bir az sonra tövbә çağının dualarından
su içmәyә gәlmiş göyәrçin dәstәlәri
tökülüşürdülәr dağınıq fikrimin yamaclarına

ağ kağızın üstündә rәqs elәyәn
tüstülü sözlәrin arasında
mürdәşirini gözlәyirdi vaxtın ölüsü
heç dә dan üzünә bir natürmort deyildi bu dediklәrim
olsa-olsa xoşbәxtlik deyilәn sabaha bir keçid idi
ölümün yalqızlığın ümidsizliyin altından
   491   492   493   494   495   496   497   498   499   500   501