Page 501 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 501
ni mәn әkmişәm...Mәnә sәn qәnim, Röstÿm Behrudi
Sәni suvarmağa halaldı qanım;
Yarpağın rәng alsın qanımdan mәnim, 501
Salam, Dar ağacı!
Әleyküm-salam!

Ey darın ağacı! Kimdәn kәmәm, kәm?!
Ya sәni yendirrәm, ya sәnә yennәm.
Ya da budağında yarpağa dönnәm,
Salam, Dar ağacı!
Әleyküm-salam.

Qırğızam, özbәyәm, qazax, türkmәnәm,
Başqırdam, kәrkürәm, elә görk mәnәm.
Sәnin gözlәdiyin qәrib türk mәnәm!
Salam, Dar ağacı!
Әleyküm-salam.

Qәbul et, növbәti qurbanın mәnәm,
Mәnim canım sәndә, bil, canın mәnәm.
Elә qürrәlәnmә, hәr yanın mәnәm,
Salam, Dar ağacı!
Әleyküm-salam.

Azadlıq, torino kәfәni vә zәvvarlar

Azadlıq, bu şirin sözdə nələr var,
Azadlıq yoxdursa, viranələr var.

I
Bütün pәrdәsiz pәncәrәlәr
Qәm pәncәrәsidir, qәm ...

...İstanbulda Kadıköydә
Çamlıca xәstәxanasının
pәrdәsiz pәncәrәlәrindәn

Hәyәtdә qar altında çiçәklәyәn
Gilәnar ağacına baxa-baxa
Sәn vә Azadlıq haqqında düşünürәm...
   496   497   498   499   500   501   502   503   504   505   506