Page 486 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 486
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

mәnim özümdәn dikәl;
gәl...
gәl...
gәl!
Nә qәdәr,
nә qәdәr tәk, İlahi?

Günәş kimi,
Ay kimi,
Ulduz kimi,
Atasız oğlan,
anasız qız kimi tәk!

486

Bağrım pәtәk-pәtәk,
Yanğım tütәk-tütәk,
Dәrdim әtәk-әtәk,
Canım tәk...
tәk...
Nә qәdәr, İlahi,
nә qәdәr?

Göndәr!
Mәnә bir
hәyan göndәr –
söz şәklindә yox;

üz şәklindә,
göz şәklindә,
öz şәklindә...

Mәnim könül bağım keşik tanımaz,
Mәnim süzgәc bağrım deşik tanımaz –
Darvaza açaram qarışqaya da...
Hazıram küsmәyә, barışmağa da!

Göndәr,
göndәr –
   481   482   483   484   485   486   487   488   489   490   491