Page 481 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 481
Adil Cÿmil

Mәni sevmәyәnlәrә 481

Niyә xoşunuza gәlmirәm, deyin,
Mәn dә sizin kimi adamam axı.
Necә manqurt olum, necә kütbeyin,
Hәrcayı sözlәri udamam axı.

Üz dönür astara, astar üz olur,
Düz dönür dәrәyә, dәrә düz olur.
Әgәr yalandırsa, niyә düz olur
Mәnim ürәyimә bu daman axı?

Arxam yox – seçilim, haqqım yox – seçim,
Suyu da qıymazlar mәnә bir içim.
Necә alovlanıb yanmasın içim –
Tamama dәrs keçir natamam axı.

Fәlәk dә baş açmır bu kәm-kәsirdәn,
Әslindә, nә qalıb zati-әsildәn?..
Naqislik gözlәmә bizim nәsildәn –
Mәn elә tәrtәmiz atamam axı.

Niyә gәlmәdin

Şirin xәyalımda bәslәdim sәni,
Sәsim yetmәsә dә sәslәdim sәni.
Bir ömür boyunca gözlәdim sәni,
Bәs niyә gәlmәdin, niyә gәlmәdin?

Dönüb yuvasına durnalar gәldi,
Sәnsiz yaşamağım mәnә ar gәldi.
Bәlalı başıma hәr nә var gәldi,
Bәs niyә gәlmәdin, niyә gәlmәdin?
   476   477   478   479   480   481   482   483   484   485   486