Page 478 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 478
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Uçur

Göydә qaranquşlar, sәrçәlәr uçur,
göy üzü bir dәfә başıma uçmur.
Yerdә qarışqalar, milçәklәr uçur,
Yer üzü bir dәfә başıma uçmur.

Fikir ver, dünyanın bünövrәsinә,
daş daşa söykәkdir, divar divara.
Mәlәklәr aldanıb şeytan sәsinә,
yeri dә, göyü dә qoyub avara.

Uçub ayrılıqlar mәnim başıma,
478 mәnim axmaq könlüm uçuq-uçuqdur.

Bir damla su qatdım öz göz yaşıma,
bu su göz yaşıma pәrsәng üçündür.

***

Xәcalәt çәkdim,
üzümün suyunda çimdim.
Mәn – çoxbilmiş
adamların yanında heç kimdim.

Canım, adım üstümdә olmağıynan,
odum, tüstüm olmağıynan,
bir-iki pivә dostum olmağıynan deyil,
mәn heç kimәm.

Asqırdım, sәbir gәtirdim,
kәmhövsәlә canım, sәbir et.
Nәm çәkdim, möhlәt bitirdim,
o yol, o da sәn, itil get!

Lәnәtә gәlsin, sürdüyüm ömür,
eşşәk arabası sürsәydim,
bundan yaxşıydı...
Üzümün yumşaqlığını görüb
pambıqla kәsdilәr başımı.
   473   474   475   476   477   478   479   480   481   482   483