Page 473 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 473
ßëisÿmid Kör

Güzgüdә özünә baxıb göz vuran 473
O şux, o kür adam mәn deyilmişәm.
Adamlar dәyişir havalar kimi,
İlahi, mәn niyә dәyişmәmişәm!

Dünyaya piyada gәlib-gedәnlәr
Odur e, yanımdan atlanıb keçir,
Ürәk qızdırdığım, çörәk kәsdiyim,
Qәfildәn üstümdәn atdanıb keçir.

Mәn koram…
Sәn hara baxırsan Tanrım?!
Sәnin dә oyunun yamandan-yaman.
Haqqın tәrәzisi qurulan vaxtı,
Kiminә taxt verdin, kiminә palan.

Uzaqdan çәkilib baxdım özümә –
Bir dә üzә gülüb,
arxamca daş atanlara.
Yol üstә ilantәk qıvrılanlara.

Başımın üstündә qovğalar kimi,
Bu yağış adamlar, külәk adamlar,
Bu kәlәk oğlanlar, bu xәzәl qızlar
Dayanıb yolunda qovğalar kimi –
Adamlar dәyişir havalar kimi,
Niyә dәyişmәdin,

Cәfәrin oğlu?!.
   468   469   470   471   472   473   474   475   476   477   478