Page 154 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 154
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Ömrün çәtin yollarında
daşa lәpir salsa ayaq,
gün nә çәkdi, ildәn soruş!

Zülmәtliyin möhnәtini kor söylәsin!
Bәm xalların fәryadını zildәn soruş!

Mәn kölgәsiz bağ görmәdim.
El dәrditәk dağ görmәdim.
Gözlәrimi yumub açdım,
Neçә dostu sağ görmәdim.

Nәlәr çәkdi çaylaq daşı,
seldәn soruş!

154

Yollar uzun, mәnzil uzaq,
Sәrt daşlara dözmür ayaq.
Dözsün gәrәk.
Dözsün gәrәk.
Kim zirvәyә qalxar, deyin,
yollar boyu hәr pillәni,
birgünlәri, yüzillәri
qәlbimizlә, beynimizlә,
ömrümüzlә doldurmasaq.
Mәn yolçuyam,
Mәn yoldayam.
Od nә çәkdi,

küldәn soruş!
Hansı şerim,
Hansı sözüm
yaşayacaq mәndәn sonra?
Mәn bilmirәm,

eldәn soruş!
   149   150   151   152   153   154   155   156   157   158   159