Page 150 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 150
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Darısqallıq

Uzun illәr sıxdı mәni:
gah çәkmәlәrim –
bәzәn uzunu, bәzәn eni ilә,
Gah ötüb keçәn ilә tәәssüfüm,
Gah ümidim, yeni ilә.

Gah dünyanın dәrdi, qәmi sıxdı mәni,
gah corablarımın boğazı,
Gah alçaq buludların qalın pәrdәsi;
Gah bir nadan qәlәmindәn
150 tökülәn yazı.
Gah avtomat qәlәmin bahalığı.
Gah sözün ucuzluğu.
Gah köynәyimin yaxalığı.
Qırıb çıxmaq istәdim
“olar”, olmaz” çәrçivәsindәn.
Dedilәr yox, yox!
Dәblәrә, qaydalara gir!
Vәrdişlәri, adәtlәri gözlә!
Sığallı dillә yaz!

Sıxdılar mәni,
maddәlәrlә, sözlәrlә…
İş otağım
on iki metr yarım.
Altısında
mәn,
yazı masam,
hәsrәtim, ümidim.
Sabir.
Heminquey.
Tavandan süzülәn damcıların izi.
Bricid Bordonun
bığsız, pişik üzü.
   145   146   147   148   149   150   151   152   153   154   155