Page 152 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 152
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

әn dәrin dәryaya mәni;
qaldırıb buludlardan yuxarı!
Son yolum uzun,
son mәnzilim geniş olsun barı.
Yox, yox.
Әn dәrin dәryalar da
sahillәrin çәnbәri içindәdir.
Görünür,
darısqallıq kәnarda deyil;
hәr meyvәnin tumunda,
hәr canlının hüceyrәsindә,
hәr binanın daşında, kәrpicindәdir.

152

Görünür,
yolumuz budur.
Zәrurәti dәrk etmәyincә
gedirik, gedәcәyik
Darısqallıqdan keçә-keçә…

Mәn istәyirәm

Mәn istәyirәm
buludlar ağlasın,
uşaqlar ağlamasın;
analı, anasız.

Mәn istәyirәm:
güllәr açılsın,
güllәlәr açılmasın,
amanlı, ya amansız.

Mәn istәyirәm:
qapılar qapansın
soyuq olanda hava.
Gözlәr qapanmasın,
sözlәr qapanmasın.
   147   148   149   150   151   152   153   154   155   156   157