Page 153 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 153
n istәyirәm: Rÿsul Rza
yanğınlar sönsün,
ümidlәr sönmәsin. 153
Meyvәlәr dәysin öz fәslindә.
Ürәklәrә söz dәymәsin.
Bәhәrdәn budaqlar әyilsin.
İnsan başını әymәsin,
xәcalәtdәn, ya gücsüzlükdәn.
Axsın bulaqlar göz yaşı kimi
torpağın üzәrindә.
Göz yaşı bulaq kimi axmasın
dünyanın heç bir yerindә.
Hәr şey insana baxsın,
insan әlә baxmasın.
Gecәlәr ulduzlar oyaq olsun.
İnsanlar yatıb dincәlsin,
qüvvәt toplasın sabahın
xeyirli işlәrinә.
Açsın gözlәrini
gәlәcәyin ümidli sәhәrinә.
Mәn istәyirәm:
sevinc, sәadәt bol olsun.
Ürәkdәn-ürәyә,
ölkәdәn-ölkәyә
açıq yol olsun.
Soruş
Od nә çәkdi, güldәn soruş!
Baş nә çәkdi, dildәn soruş!
İşә susuz barmaqların
kәdәrini insan bilir.
Nәğmәlәrin hәsrәtini
bir qırılmış teldәn soruş!
yanğınlar sönsün,
ümidlәr sönmәsin. 153
Meyvәlәr dәysin öz fәslindә.
Ürәklәrә söz dәymәsin.
Bәhәrdәn budaqlar әyilsin.
İnsan başını әymәsin,
xәcalәtdәn, ya gücsüzlükdәn.
Axsın bulaqlar göz yaşı kimi
torpağın üzәrindә.
Göz yaşı bulaq kimi axmasın
dünyanın heç bir yerindә.
Hәr şey insana baxsın,
insan әlә baxmasın.
Gecәlәr ulduzlar oyaq olsun.
İnsanlar yatıb dincәlsin,
qüvvәt toplasın sabahın
xeyirli işlәrinә.
Açsın gözlәrini
gәlәcәyin ümidli sәhәrinә.
Mәn istәyirәm:
sevinc, sәadәt bol olsun.
Ürәkdәn-ürәyә,
ölkәdәn-ölkәyә
açıq yol olsun.
Soruş
Od nә çәkdi, güldәn soruş!
Baş nә çәkdi, dildәn soruş!
İşә susuz barmaqların
kәdәrini insan bilir.
Nәğmәlәrin hәsrәtini
bir qırılmış teldәn soruş!