Page 157 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 157
Mirvarid Dilbazi

Bu odla silahlanım. 157
İnamım, etiqadım
Qoy inqilabım olsun!
Mәn dünyaya gәlәndә
Sәsli, nәfәsli gәldim,
İstәmirәm sükutum
Әn son cavabım olsun.

Gәlir

Lalәdәn biçәndә donunu dağlar,
Yadıma uşaqlıq illәrim gәlir.
İşıqlı, günәşli, әlvan bir bahar,
Gözәl obalarım, ellәrim gәlir.

Min nәğmә sәslәyir elә bil mәnә,
Anır mәhәbbәtlә min könül mәni.
Yadımda yurdumun çölü, çәmәni,
Zümrüd çeşmәlәrim, göllәrim gәlir.

Tez yatan çovğunlar, ötәn boranlar,
Gәzib dolaşdığım dağlar, aranlar.
Şehli çәmәnlәrdә qaçdığım anlar –
Yadıma islanan tellәrim gәlir.

Әziz uşaqlığın uzaq illәri,
Qar altdan dәrdiyim novruz güllәri,
Yadıma baharın ilıq yellәri,
Nәğmәlәr oxuyan dillәrim gәlir.
   152   153   154   155   156   157   158   159   160   161   162