Page 158 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 158
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Bölümdә qaldıqca vәtәn torpağı

Yasәmәn gül açıb, bәzәyib bağı,
Qönçәyә dolubdur gülün budağı,
Bölümdә qaldıqca vәtәn torpağı,
Mәn bu gözәlliyi duya bilmirәm,
Bahar sevincinә uya bilmirәm.

Sarmaşıb çәmәndә yenә gül-gülә,
Nәğmәli quşlar da gәliblәr dilә,
158 Mәn elә qәmliyәm, qәmliyәm elә,
Bu gözәlliklәri duya bilmirәm,
Bahar sevincinә uya bilmirәm.

Şuşam, Qarabağım, dağlar maralı!
Siz dә yaralısız, mәn dә yaralı,
Elim düşәn gündәn sizdәn aralı,
Bu gözәlliklәri duya bilmirәm,
Bahar sevincinә uya bilmirәm.

Sinәmdә dağı var Әskiparanın,
Ağrısı azalmır heç bu yaranın,
Düşmәnlәrә qalan dağım, aranım,
Sizsiz gözәlliyi duya bilmirәm,
Bahar sevincinә uya bilmirәm.

Gün doğub, ürәyim işıqlanmayır,
Könlümdә çıraq yox, şam da yanmayır,
Çoxdandır saçlarım xınalanmayır,
Ürәyim şәhidlәr qәbristanıdır,
Gözlәrimdәn axan göz yaşı deyil,
Şәhid qanıdır.
   153   154   155   156   157   158   159   160   161   162   163