Page 159 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 159
Mirvarid Dilbazi
Açarı dәryaya atdım 159
Ürәyimә qıfıl vurub,
Açarı dәryaya atdım.
Hәyәtdә bir saray qurub,
Soyuq daşını ağlatdım.
Keçdim dünәnki izindәn,
Xәbәrsiz oldum özümdәn,
Göz yaşı axdı üzümdәn,
O göz yaşını ağlatdım.
Çığırdım: Sәs ver, sәsimә!
Mәn möhtacam nәfәsinә!
Döndüm dәniz lәpәsinә,
Özümü qoynuna atdım.
O gündәn qaldım dәryada,
Nә sahil var, nә dә ada,
Nә yetәnim var imdada,
Nә dә vüsalına çatdım.
Açarı dәryaya atdım 159
Ürәyimә qıfıl vurub,
Açarı dәryaya atdım.
Hәyәtdә bir saray qurub,
Soyuq daşını ağlatdım.
Keçdim dünәnki izindәn,
Xәbәrsiz oldum özümdәn,
Göz yaşı axdı üzümdәn,
O göz yaşını ağlatdım.
Çığırdım: Sәs ver, sәsimә!
Mәn möhtacam nәfәsinә!
Döndüm dәniz lәpәsinә,
Özümü qoynuna atdım.
O gündәn qaldım dәryada,
Nә sahil var, nә dә ada,
Nә yetәnim var imdada,
Nә dә vüsalına çatdım.