Page 90 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 90
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

ölüb-yaralandığı bu “әmәliyyatlar” da ilk dәfә vaqe olmamışdı. Fövqәladә
adlandırılan hadisә tamamilә başqa idi.

O günün sabahı bu mәhәllәdә, bir küçә içәrisindә dörd qapının önündә
tabut qoyulmuş, dörd damda sәlat çәkilirdi. Mürsәqulunun tabutu küçәnin
sağ tәrәfindә, onun öldürdüyü adamın da tabutu hәmin küçәdә, bir neçә
addım mәsafәdә, sol tәrәfdә qoyulmuşdu.

Mürsәlqulunun atalıq edib böyütdüyü iki bacısı uşaqları vardı. Bunun
böyüyü on altı-on yeddi yaşlarında idi. Mürsәqulunun ölümü ilә Hacı
Aslanın açığı soyumamışdı. Mәhәllә içәrisindә kimsәnin ixtiyarı yoxdu ki,
Mürsәqulu üçün heyifsilәnsin vә onun gәncliyinә acısın. Buna baxmayaraq,
Mürsәqulunun bacısı oğlu qapı ağzında dayanaraq dayısı üçün sәmimi göz
yaşları tökürdü. Onun bu halı Hacının әmrindәn çıxmaqdan başqa bir şey
deyildi. Hacıya öldürülәn “adamlarının” intiqamını almaq lazım gәlirdi.
90 Tabutu yerdәn hәlә qaldırmamış Mürsәqulunun qapısında onun on altı-on
yeddi yaşlı bacısı oğlu bir çox adamların gözü önündә küçәnin ortasına
çәkilәrәk, vücudu dәlik-deşik edildi. Zavallı, mәsum uşaq öldürüldü.

Siz, bәlkә, zәnn edәrsiniz ki, yuxarıda söylәnәn fövqaladә hadisә bu
uşağın öldürülmәsidir. Xeyr, sәhv edirsiniz! Bu küçәnin tarixindә belә
mәsum uşaqların qanları töküldüyü ilk dәfә deyildi. Ondan әvvәl dә bu
küçәdә uşaqlar öldürüldüyü görülmüşdü.

Dağ kimi, igid, cәsur qardaşını belә bir halda itirәn bir bacının ağlayıb
fәryad etmәsi tәbii bir hadisәdir. Zavallı, bәxtsiz bacı evdә qardaşının
müsibәtindә qızğın göz yaşları tökdüyü bir zamanda, oğlunun küçәdә
öldürüldüyünü duyursa, yıxıla-yıxıla dışarı çıxıb oğlunu yerә sәrilmiş vә
qanına bulaşmış bir halda görәrsә, nә yapa bilәr? Qadın ağlamır. Onun göz
yaşları artıq qurumuşdu. O, yalnız әynindәki paltarını cırıb dağıdır, başının
saçlarını yolur, vәhşi vә qorxunc bir sәslә çığırır, çığırır, çığırır.

Bu çığırtıların arasında qadının ağzından yalnız bir adamın adı
eşidilirdi:

– Hacı Aslan!!!
Bu qadın bir anadır. Oğlu öldürülmüş bir anadır. O, indi heç bir kәsdәn
qorxmur, kimsәnin әmrini vә tәhdidini nәzәrә almır. O, bilәrәkdәnmi vә ya
bilmәyәrәkdәnmi söylәdiyi adı daha yüksәkdәn tәkrar edirdi.
– Hacı Aslan!!!
Kimsә oğlunun ölüsü üzәrindә özünü hәlak edәn bu qadına yaxın
düşmürdü. Hәr kәs onun faciәsindәn mütәәssir olmuş idi. Bir çoxları
ağlayırdılar. Hacı Aslan bu mәnzәrәni görür, o, hiss edirdi ki, açıqdan-açığa
yapdırdığı bu cinayәt bir “tәdbirsizlik”dir. Qadın onu “biabır” edir. Onu
   85   86   87   88   89   90   91   92   93   94   95