Page 89 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 89
id Höseyn

qәdәr adәt etmişdilәr ki, artıq belә şeylәrә alışmışdılar. Fәqәt bir hadisә bu 89
küçәnin hәyatında “fövqәladә” hesab edildi.

Mürsәqulunu bu küçәdә hәr kәs sevirdi; çünki Mürsәqulu nә qәdәr
igid, cәsur idisә dә, bir o qәdәr namuslu, haqsız işә razı olmayan bir adam
idi; Hacı Aslanın paroxodunda muzdur idi. Aldığı maaşla iki ailәni: özünü,
iki yetimi ilә dul bacısını saxlayırdı.

Mәhәllә içәrisindә Hacı Aslanın vә adamlarının haqsız hәrәkәtlәrinә
yalnız Mürsәqulu etiraz edәrdi. Dәfәlәrlә Hacı Aslanın adamlarının yapmaq
istәdiklәri “bir işi” pozmuş vә mane olmuşdu. Hәtta bir-iki kәrә tәkbaşına
onlar ilә çarpmış, heç birisindә mәğlub olmamışdı.

Hacı Aslan hәr zaman Mürsәqulunun cәsarәt vә mәharәtini tәqdir
edәrdi. Onu özünün “adamları” sırasına daxil etmәk fikrindә idi. Mürsәqulu
Hacı Aslanın bu barәdә olan tәkliflәrini qәbul etmәmişdi. O, namusu ilә
yaşamaq, әlinin әmәyi ilә keçinmәk istәyirdi. Bunun üzәrinә Hacı onu öz
paroxodundan xaric etdirmişdi. Mәqsәdi Mürsәqulunu maddi cәhәtdәn
sıxmaq idi. Onun bu tәdbiri Mürsәquluya az tәsir etmişdi, çünki o, özünә
başqa bir iş tapmışdı.

Hacı Aslan ömründә birinci dәfә idi ki, istәdiyini yapa bilmirdi.
Mürsәqulunun әzmi onun bacarığı qarşısında sınmışdı. Hacı Aslan, belәliklә,
çıxılmaz bir mövqedә qalırdı. Mürsәqulunun xalq arasında get-gedә nüfuzu
artırdı. O, mәhәllәdә bir “bidәt” qoyurdu. Bir az sonra başqaları da tapıla
bilәrdi ki, Hacı Aslanın, daha doğrusu, “öz ağalarının” sözündәn vә әmrin-
dәn çıxa idi. Hacı Aslanın burada görәcәyi iş “iki” ola bilmәzdi. Mür-
sәqulunu, başqalarına da “ibrәt” olmaq üçün ortadan qaldırmaq! Hәr halda,
onun vücudu ortadan qalxmalı idi. Bu, bir o qәdәr müşkül iş deyildi. Bunun
üçün Hacının bir “işarәsi” kafi idi.

Orucluq günlәrinin birindә, xalq mәscid moizәsindәn dağılarkәn, Hacı
Aslanın adamlarından dördü qәfildәn, әllәri silahlı Mürsәqulunun üzәrinә
hücum etmişdilәr. Mürsәqulu yaralanmış, yerә yıxılmışdı. Qatillәri onun
nәfәsini kәsmәk istәyirdilәr. Fәqәt Mürsәqulu öz canını çox da ucuz tәslim
etmәk istәmirdi.

Yaralı halında, daşıdığı silahı ilә müqabilәdә bulunurdu. Mәscid
qarşısında böyük bir atışma davam edirdi. Bir neçә kәnar adam yara-
lanmışdı.

Hacı Aslanın yapdırdığı bu “әmәliyyat” nәticәsindә ortada dörd cansız
cәsәd qalmışdı. Bunların birisi Mürsәqulu, ikincisi tamamilә yoldan keçәn
bitәrәf bir adam, ikisi dә Mürsәqulunun qatillәri...

Әslinә baxdıqda, bu hadisә bir o qәdәr böyük deyildi. Bu küçәnin
hәyatında belә atışmalar çox görülmüşdü. Habelә nәticәsindә iki-üç adamın
   84   85   86   87   88   89   90   91   92   93   94