Page 88 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 88
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

etmişdi ki, mәhәllә içәrisindә evlәrin qapıları möhkәm qapanmalıdır: o,
körpә tazılarına dovşan tutmaq, ovçuluq öyrәdәcәkdi.

Hacı yoğun vücudu ilә ata minmiş, çöldәn tutulan bir dovşanı xam
tazılara göstәrәrәk, bir qәdәr mәsafәdәn buraxdırmışdı. Özü dә qaçan
tazıların ardınca “ha, atam, ha!” deyәrәk, atını çırpırdı.

Küçәdә böyük bir gurultu vardı. Çoluq-çocuq bir-birinә qarışmışdı.
Hәr kәs canının qorxusundan bir bucağa qısılmışdı. Zavallı dovşan girmәyә
bir deşik arayırdı. Bu halda onun qarşısına әski bir ev çıxmışdı. Bu evin
qapısı altında su yolu vәzifәsini görәn bir dәlik bulunurdu. Dovşan oradan
hәyәtә keçmiş, gizlәnmişdi. İtlәr qapıda atılıb-düşәrәk hürür. Hacı Aslanın
da söyüş sәsi onlara qarışmışdı. Hacı acıqlanmışdı. Mәhәllә içәrisindә
kimsәnin ixtiyarı yoxdu ki, onun sözündәn çıxsın. Ev sahibi qapısını
bağlamışdısa da, altındakı su yolunu açıq buraxmışdı. Hacı Aslan onun
88 üzünә hәr bir şeyini: arvadını, bacısını, qızını, hәtta bәlәkdәki uşağını da
söyürdü. Zavallı adam qorxmuş halda üzr istәyirdi. Evdәki arvad-uşaq bir-
birinә qarışaraq, qorxularından ağlayırdılar, Hacı Aslan söydükcә qızışır,
qızışdıqca söyüşünü qәlizlәşdirirdi.

– İstәyirsәn, – deyirdi, – bu saat o evdә ağlayan arvadını küçәnin
ortasına çәkdirib, bu qәdәr adamın qarşısında...?!

Hacı Aslan istәdiyini yapa bilәrdi. O dediyini bacarırdı. Özünün
sözündәn çıxan, qarşısından keçәrkәn tәzim edib salam vermәyәn bir
adamın, kim olursa-olsun, arvadını vә ya qızını bu yolda tәhqir etdirmәk
Hacının әlindәn gәlirdi. Mәhәllә içәrisindә oğurlanıb da bir neçә gün
“namәlum” yerlәrdә saxlandıqdan sonra gözüyaşlı evlәrinә qayıdan gәnc
qızların, göyçәk oğlanların faciәlәrini hәr kәs bilirdi.

Yazıq adam dodaqlarının rәngi qaçmış halda tәqsirinin bağışlanmasını
istәyirdi:

– Siz ancaq “qapıları bağlayınız” demişdiniz, başqa bir şey söylә-
mәmişdiniz, yoxsa bizim hәddimiz nәdir ki, sizin әmrinizdәn çıxaq...

Hacının acığı soyuyacaq halda deyildi. Lakin “bizim hәddimiz nәdir
ki, sizin әmrinizdәn çıxaq...” cümlәsi onun xoşuna getdi. O, belә itaәtkaranә
sözlәri eşitmәyi sevirdi. Yumşaldı. Onun “tәqsir”indәn keçdi:

– Budәfәlik sәnin tәqsirindәn keçirәm.
– Allah ömrünü uzun elәsin. Allah sayәnizi üstümüzdәn әskiltmәsin!..
İndi bu küçәdә hәr kәs Hacının alicәnablığından danışırdı.
Bu, adi bir hadisә idi. O qәdәr adi idi ki, kimsәnin nәzәr-diqqәtini cәlb
etmәmişdi. Kimsә onu iki gün sonra xatırlamamışdı, çünki bu kimi “adi”
hadisәlәrin bir gündә bir neçәsini görmәyә bu küçә xalqı adәt etmişdi. O
   83   84   85   86   87   88   89   90   91   92   93