Page 87 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 87
Seyid Höseyn

Bir küçәnin tarixi

I 87

Siz bunu uydurulmuş xәyali bir әfsanә zәnn etmәyiniz: bu, yaxın
keçmişimizin, hәqiqi hәyatımızın bir sәhifәsidir. Tarixini yaz-
maq istәdiyimiz küçә Azәrbaycan türklәrinin yalnız indi deyil,
iyirmi beş-otuz il әvvәldәki mәdәni vә siyasi mәrkәzi hesab olunan Bakıda
idi. Bir tәrәfindә Qasım bәy, o biri tәrәfindә Tәzәpir mәscidlәri bulunurdu.
Habelә Hacı Pirverdi mәscidi ilә Hacı Әbdülhәsәn mәscidi bu küçәnin şәrq
vә qәrb cәhәtlәrini tәyin edirdi. Bu küçә Şәrq düşüncәsi ilә Qәrb zehniy-
yәtini, İslam mәdәniyyәti ilә Avropa kulturasını, keçmiş hәyatımız ilә
gәlәcәk yaşayışımızı öz ağuşuna almışdı.
Orada dörd-beşqatlı ali, möhtәşәm imarәtlәr olduğu kimi, әski, alçaq,
günәşgörmәz xırda evciklәr, daxmalar da vardı. Әski üsul mәdrәsәlәri,
mollaxanaları ilә yan-yana, yeni üsulda ibtidai, ali-ibtidai mәktәblәr dә
mövcud idi. Bu küçәnin tirmәşal qurşaq tacirlәri ilә boğazı qalstuklu fab-
rikant vә mәdәnçilәri, başısarıqlı axundları ilә başısilindrli ziyalıları; qolço-
maq-möhtәkirlәri ilә әlinin әmәyi ilә keçinәn әmәkçilәri bir ailә әfradı kimi
bir-birini tanıyır, bir müqәddәrat daşıyırdılar.
Bir zamanlar bu küçәdә çox şәnlik vardı. Hacı Aslan buranın ruhu idi,
hәr kәs onu bilir, ona ehtiram edәrdi. Bu küçәdә yaşayan ixtiyar, gәnc,
böyük, kiçik, qadın vә qızlardan bir adam tapılmazdı ki, Hacı Aslanın
söyüşlәrini, hәr zaman әlindә gәzdirib çәkdiyi çubuğu qәdәr qaba lәtiflәrini
eşitmәsin. Hacı Aslanın sәsi hәr vaxt bu küçәdә eşidilirdi. Hacı Aslan bu
küçәnin hәr bir şeyi idi. Tәbir cayiz görülsә, demәk olar ki, Hacı Aslan bu
küçәnin can damarı misalında idi. O, burada ağa, rәis, ağsaqqal hesab olu-
nurdu. Bakı Bәlәdiyyәsindә onu xalq nümayәndәsi vә camaat vәkili tanıyıb
bilәrdilәr. Böyük tacir vә mәdәnçilәr, Avropa vә Kәrbәla tәhsili görmüş
hüquqşünaslar vә axundlar, şәhәrin müqәddәratını hәll edәn qlasnılar
yanında Hacı Aslanın nüfuz vә hörmәti olduğu kimi, onun sözü vә hökmü
çayçı dükanlarında, qumarxanalarda, yeraltı podvallarda, keçmişlәri
qaranlıq cayıl-cuyul arasında da keçәrdi. Bu küçәdә vaqe olan hәr bir
cinayәt, qәtl vәqarәt Hacıya xәbәr verilәrdi. Hәlә bәzilәrini o, iki-üç gün
әvvәl bilәrdi.
Hasili, Hacı Aslan çox böyük adam idi; çünki o, möhtәrәm bir tacir,
nüfuzlu bir mәhәllә rәisi vә ağsaqqalı, hәr yerdә sözükeçәr bir camaat
nümayәndәsi idi.
Bahar yeni girmişdi. Küçәlәrdә böyük bir qәlәbәlik vardı. Novruz
bayramı olduğu üçün xalq bir-birinin görüşünә gedirdi. Hacı Aslan әmr
   82   83   84   85   86   87   88   89   90   91   92