Page 91 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 91
Seyid Höseyn

sakit etmәk lazımdır. Bu mәqsәdlә yaxın gәlәrәk, qadına tәsәlli vermәk 91
istәyirdi:

– Sәbir elә, bacı, eybi yoxdur, qalx, get evә!..
Qadın Hacının bu sözlәrini eşitmirdi. Ona bunların tәsiri yoxdu. O,
başı üzәrindә duran adamın Hacı Aslan olduğunu bilmirdi. O, çığırmasında
davam edirdi:
– Evimi yıxdın, Hacı Aslan!!! Qapın çırpılsın, Hacı Aslan!!!
Hacının abrı gedirdi. Qadının sәsini kәsmәk lazım idi.
– Bәsdir hәyasızlıq etdin! Eyibdir sәnin üçün!.. Qalx ayağa deyirәm
sәnә!..
Mümkün deyil, qadın “hәyasız”lığında davam edir.
Hacı Aslanın “әmr”i nәzәrә alınmır, qadının sәsini kәsmәk lazımdır.
Hacı Aslan burada nә yapsa idi, yaxşı olardı?
O әsәbilәşmişdi:
– İndi mәn sәni sakit edәrәm, – demişdi. Üzünü “adamlarına” tutaraq
әmr vermişdi ki, qadının ikinci oğlunu da gedib evin içindә öldürsünlәr.
Qadın әvvәlcә Hacının bu әmrindәn bir şey anlamamışdı. Fәqәt son-
radan Hacının әlisilahlı adamlarının evә tәrәf getdiklәrini gördükdә, onun
tәkrar etdiyi “o biri oğlunu da!..” sözlәrinin mәnasını anlamışdı.
Görürsünüz, fövqәladә hadisә iştә bu idi; çünki qadın indi çığırmırdı,
o, Hacının ayaqlarını әvvәl qucaqlayıb: “Vallah, daha ağlamaram!” deyә
yalvarırdı. Sonra onu buraxıb kiçik oğlunu müdafiә etmәk mәqsәdilә evә
tәrәf getmәk istәmişdi. Ayaqları tutmadığı üçün oğlunu aramağa gedәn
“adam”ların ardınca sürünürdü. O nә ağlayır, nә çığırır, nә dә yalvarır vә
ya birisindәn kömәk istәyirdi. O, indi qәhqәhәlәr ilә gülürdü.
...Siz, bәlkә, bunu uydurulmuş, xәyali bir әfsanә zәnn edirsiniz. Bu
hadisә bizim yaxın keçmişimizin, hәqiqi hәyatımızın vaqe olmuş bir
sәhifәsidir.

II

Bu küçәnin tarixi uzundur. İçәrisindә belә qanlı sәhifәlәri yüzlәrcәdir.
Burada Hacı Aslan yalnız bir deyildi. Bir neçә idi. Hamısının özünә görә
hörmәt vә nüfuzu, xalq arasında sayılacaq mövqeyi vardı. Yalnız bir
tәfavütlәri var idi ki, bunların bir qismi “kiçik”, bir qismi dә Hacı Aslan
kimi çox “böyük” idi.

Nәhayәt, 1905-ci il inqilabının dalğaları Qafqaz dağlarını aşaraq
Azәrbaycanın, xüsusilә bu küçәnin sakitliyini xәlәldar edib, durğun hәyatını
   86   87   88   89   90   91   92   93   94   95   96