Page 95 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 95
if Vÿzir ×ÿmÿnzÿminli

Yusif Vәzir Çәmәnzәminli
(1887-1943)

95

Yazıçı, ictimai xadim. Azәrbaycan Xalq Cümhuriyyә-
tinin Türkiyәdә ilk sәfiri. 1910-cu ildә Kiyevdә, İmperator
Universitetindә tәhsil alıb. Bir qәdәr sonra Azәrbaycanın
Müstәqil Ukrayna Respublikasında diplomatik nümayәndәsi
tәyin olunub. 1912-1918-ci illәrdә Kiyevdә “Yeddi hekayә”,
“Hәyat sәhifәlәri”, “Qanlı göz yaşları”, “Ana vә analıq”,
“Arvadlarımızın halı” kitabları, 1918-1920-ci illәrdә Krımın
Ağmәscid (Simferopol) şәhәrindә çıxan “Millәt” qәzetindә
30-dan çox mәqalәsi dәrc olunub. “Studentlәr”, “Qızlar
bulağı”, “İki od arasında” (“Qan içindә”) romanlarının
müәllifidir. 1926-cı ildә mühacirәtdәn vәtәnә qayıdan yazıçı
“Bakı işçisi” nәşriyyatında redaktor vәzifәsindә çalışıb. Bir
müddәt Azәrbaycan Dövlәt Universitetinin Şәrqşünaslıq
fakültәsindә dәrs deyib. Ruhulla Axundovun redaktәsi ilә
çapa hazırlanan “Rusca-Azәrbaycanca lügәt”in müәlliflәrin-
dәn biri olub. Azәrbaycan dilindә terminologiyanın yaradıl-
masında böyük xidmәtlәr göstәrib. L.Tolstoyun, İ.Turgenevin,
N.Qoqolun, A.Neverovun, V.Hüqonun әsәrlәrindәn nümunә-
lәri, hәmçinin Azәrbaycan dilindә ilk sәsli film olan mәşhur
“Çapayev” filminin ssenarisini dilimizә çevirib.
   90   91   92   93   94   95   96   97   98   99   100