Page 85 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 85
ulla Øàiq

Sәfәr vә Tanrıverdi tez quyunun ağzına yüyürdülәr. Başlarını aşağı 85
dikәrәk baxarkәn, quyu içindә partlayan qazın gurultusundan diksinib
çәkildilәr. Hәr ikisi hәyәcanlı bir sәslә:

– Allah özü bağışlasın. Qurban da belә getdi, – deyә fәryad qopardılar.
Hacı Qulu bir şey eşitmirmiş kimi, qorxa-qorxa quyunun ağzına gәldi
vә ehtiyatla quyunun yanına uzanıb diqqәtlә baxdı. Birdәn-birә gözlәrindә,
üzündә daşqın bir sevinc qığılcımları, dodaqlarında mәmnuniyyәti andıran
bir tәbәssüm olduğu halda uca sәslә:
– Çeşmәnin başı açıldı, yavaş-yavaş neft qaynayır, – dedi.
Tanrıverdi soyuq vә laqeyd bir tövrlә:
– Hacı, Qurbanın meyiti quyuda qalacaq? – deyә soruşdu.
Bu sözdәn Hacı Qulu şirin yuxudan oyanmış kimi oldu. Göz qapaqları
iri-iri açıldı. Kisәsindәn iki iyirmibeşlik çıxarıb:
– Kim bu işi görsә, bu әlli manat onundur, – dedi.
Tanrıverdi quyuya yaxınlaşdı vә neftin qaynayıb qalxdığını görüncә:
– Yazıq Qurban, sәn qәbrini öz әlinlә qazdın, – dedi.
Hacı әlli manatı onlara verib dedi:
– Bu әlli manat sizin olsun, bölüşün, ancaq bu işi ağzınızdan qaçır-
mayın.
Sәfәr soruşdu:
– Ağa, bәs paltarı nә olacaq?
Hacı әlini onun çiyninә qoyaraq, yağlı bir dil ilә:
– Onu da buralarda bir yer qazıb basdırın, – dedi.
Sәfәrlә Tanrıverdi Qurbanın paltarını yığışdırıb götürәrkәn, arasından
yerә bir mәktub düşdü. Mәktubun üzәrindә: “Bu mәktub Qurbanın
uşaqlarının anasına yetişәcәk” cümlәsi yazılmışdı.
Sәfәrlә Tanrıverdi bir müddәt mәktubu acı nәzәrlәrlә süzәrәk: “Yazıq
Qurban, mәktub yetişmәdi” – deyә inlәdilәr.
   80   81   82   83   84   85   86   87   88   89   90