Page 412 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 412
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Birdәn-birә gözünә baxdı Mәmmәrzә kişinin. Neçә gündü ki,
gözündәn qaçan gözlәri yaxaladı yaxşıca.

– Demәk, heç bir il mәni gözlәmәdi o suyuq Badamın qızı. Mәmmәrzә
kişi gördü ki, hamısını bilir Omaroğlu. Bir az yüngüllәşәn kimi oldu.

– Arvad xaylağının çәtinә tabı ha yoxdu, atam, anam. Gedib, gedib.
Köpәkoğluluğu o sıpa oğlu sıpa gәrәk elәmәyәydi.

– Bәs Sәlvi necәdi, Sәlvi?
Omaroğlu gedәndә üç yaşına yenicә girmişdi Sәlvinaz, yenicә
şeytanlaşırdı ki...
Bu sözlәri deyәndә sәsi kallaşdı Omaroğlunun. Mәmmәrzә başa düşdü
ki, balasından ötrü burnunun ucu göynәyir onun. Hәr şeyi açıb demәk
qәrarına gәldi.
– Maşallah olsun, ceyrandı, ceyran. Dәdәsinә çәkib sümüyü irilikdә,
412 şikillilikdә. İki günә toyudu özü dә. Sestralığı qurtarıb, doxdurdu Sәlvinaz.
Nişanlısı da ağronomdu.
Omaroğlunu dik atdırdı bu xәbәr. Elә kövrәldi, elә kövrәldi ki,
gözünün yaşı yerә damcıladı. Sәlvinazı körpә kimi gördü yazıq. Körpә әrә
gedirdi indi bu gidi dünyada.
– Maşallah olsun, bir oğlandı ki nişanlısı. Başı and yeri olub bir-ikicә
ildә. Musaköylüdü әsli. Bu gün-sabah sәdr seçәcәklәr.
Bir xeyli sonra Omaroğlu bir az da kallaşmış sәsilә soruşdu:
– Toy nә vaxtdı?
– Birsügün.
– Mәn Sәlvini necә görә bilәrәm. Çağırmaq olarmı bir yerә?
– Danışım, gәlsin cijingilә.
– Lazım deyil.
– Kәnd xәstәxanasına gedәsәn gәrәk. Bir dә, toyuna görә işә çıxmır
ha.
Mәmmәrzә kişi indi başa düşdü ki, Sәlvinaza görә kәndә gәlib
Omaroğlu.
Qara zurnanın sәsi kәndin hansı tәrәfinә desәn, gedib çatırdı. Obaşdan
içmәyә başlamışdı Omaroğlu. Böyründә oturmuşdu Mәmmәrzә. Toyun sәsi
gәlәndә gözü Omaroğlunda idi Mәmmәrzәnin. Ha baxırdısa, ağlına bir şey
gәtirә bilmirdi. Bilmirdi, nә çәkir Omaroğlu. Bir onu görürdü ki, hәr hava
kәsilәndә yüz qramlıq künclü rumkayla araq içir. Qorxurdu, partlamaya
düşәr yazıq kişi. Birdәn sәs gәldi dirrik tәrәfdәn. Bu sәs heç Mәmmәrzәyә
dә tanış deyildi.
– Qonaq istәmirsinizmi, Allah qonağı.
   407   408   409   410   411   412   413   414   415   416   417