Page 301 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 301
Èña Höseynov

– Getmәk istәmirsәn?.. Di qaldır! Sәnin sağlığına, dayı. Nә qәdәr
qәribә, oriyinal kişisәn, bir o qәdәr dә etibarlı, sәdaqәtli adamsan. Mәnim
pis günümdә ki, gәlmisәn, bu sәnin Mәdәd kişi olduğunu tәkrar sübut elәyir.
Sәnin sağlığına!

Mursaqulu kişi necә demişdi, elә dә oldu: Şәppәli dözmәdi. Sovxoza
qayıdıb, aşxanada oturub, “balans stәkanı”nı içәndәn sonra:

– Gәlirәm, ay Oruc. Bu dünya mәnim yerim deyil, sәnin yanına
gәlirәm, – dedi vә başını stola endirib, elә qәribә – sakit, rahat öldü ki,
oturduğu yerdәcә yatdığını güman elәyib, aşxana bağlanana qәdәr, öldüyünü
bilmәdilәr. Bilәndә isә tәәccüblәnmәdәn, hәyәcanlanmadan, – hәәә, qur-
tardı... qurtardı. Şәppә dә belә getdi, – dedilәr.

Tәk bir adam – şәrti dost ağladı:
– Alәm idin... dünyaydın, ay Mәdәd!.. Ay Mәdәd kişi!.. – dedi.

301
   296   297   298   299   300   301   302   303   304   305   306