Page 300 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 300
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

tәhәr olub Mursaqulu elә xәbәrnәn gedib sovxoza? Sәni doğrudanmı
çıxardıblar işdәn?

– “Çıxarıblar” yumşaq sözdü, dayı. Qovublar.
– Nә üstә?
– Rüşvәt üstә.
– Sәni böhtana salıblar?
– Yox, dayı. Böhtan deyil.
– İnanmıram!.. Dünya dağılsa da inanmaram!
– Çox nahaq... Sürdüyüm maşını da bax o televizoru... soyuducunu da
bu evdә nә görürsәn, bax bu padpisnoy kitablaracan, hamısını rüşvәtnәn
almışam. Maaşla yaşayan kimdir indi, dayı? Dolanmaq olmur... İçәrim dә-
yişib, dayı. Çox dәyişib...
– A sәnә qurban olum, bu evdәkilәri mәnim öz gözümün qabağındaca,
300 qayınatayın puluna almadınmı?! Niyә zülm elәyirsәn mәnә?! Zemfira
balanın cehizi deyilmi bunlar?!
– Yox, dayı. Adını cehiz qoymuşam.
Şәppәli son dәfә:
– İnanmıram! – dedi. – Rüşvәtxorun bax burasında – qaşqasında möhür
olur! Әlini alnına vuranda ovcu qәribә, qatı tәrә bulaşdı. Yenә dә alt dodağı
çimildәşirdi. – Sәndә mәn möhür görmürәm!
Mәmmә nәyә isә tәәssüflәnәn kimi, yenә köksünü ötürdü.
– Möhürü mәnim әmәk kitabçama vurublar, dayı. – dedi. – “İşdәn
kәnar edilsin”. İmza. Möhür.
Şәppәli onda tәzә sezdiyi laqeyd – soyuq görkәmlә:
– Siqaret çәkmәkdәn dilimә zәhәr çöküb, – dedi, – yemişlәrin
şirindirmi, dayı?
Şәppәlidәn sәs çıxmadı. İndi o da ayaq üstә idi. Mәmmә mәtbәxә keçib
nimçә, çәngәl, bıçaq gәtirәndә dә, yemәk otağına qayıdıb yemiş kәsәndә,
sәliqә ilә doğrayıb “hava yaman istidir, amma sәn istiyә baxan deyilsәn,
içәndә içirsәn”, – deyib soyuducudan araq çıxaranda da Şәppәli uşaq kimi
addım-addım onun arxasınca yeriyir, birdәn-birә dәyişmiş – donuq, demәk
olar ki, tamamilә ifadәsiz gözlәrlә onun hәrәkәtlәrini izlәyirdi.
Mәmmә iki qәdәhә araq süzdü. Öz qәdәhini götürdü.
– İçәk, dayı... Yayda mәn dilimә içki vurmuram. Amma sәn gәlmisәn,
içmәmәk olmaz... Bәlkә, aclığın var? İstәyirsәn bir yana gedәk? Parka?
“Drujba”ya! Hә?
Şәppәli dillәnmirdi. Daha hәr şeyi dәrk etmişdi. “İşıqlı dünyasının”
qaraldığını, yox olub, nağıla, әfsanәyә çevrildiyini başa düşmüşdü.
Mәmmәyә yox, indi Şәppәli elә bil boşluğa, heçliyә baxırdı.
   295   296   297   298   299   300   301   302   303   304   305