Page 304 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 304
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Sәslәrini eşidirdim: “Bıstro ubrat!” “Çtobı do utro niçeqo ne ostalos.
Çisto!”

Kürüdülәr, topladılar. Ocaq çatıb yandırdılar...
Bizi örtülü maşınlara mindirib, aradan çıxartdılar. Şәhәrin bu yanlarına
yaxşı bәlәd deyildim. Amma anladım, maşınlar dәniz körpülәrinә gedirdi.
Torpaqdan çıxıb, taxta döşәmә ilә sürdülәr.
Yaxınlıqda bir neçә hәrbi kater dolanmaqda idi. Körpüyә iki “Hidro-
qraf” gәmi bağlanmışdı. Ardımızca “Ural” avtomobillәri, BMP sanitar –
“tәcili yardım” gәlmәkdә idi. Yükü tezcәnәk gәmilәrә keçirib, arxadan
çatanlara yol verilmәliydi.
Bir dәqiqә... bu dәnizdә nә çox suiti varmış. Pirşağıda bir kәrә bir uşağı
dişlәmişdi. Demә, qudurubmuş suiti. Uşaq dәli oldu...
Bizi “Hidroqraf”ın göyәrtәsinә götürdülәr. Sahmanlı tәrpәnirdilәr,
304 xәrәk-salacaları vardı. Düşürәndә dönә-dönә yoxlayırdılar. Fәnәrlәri
üzümüzә saldılar, gözlәrimizә tuşladılar. Әyilib, nәfәsimizi imsәdilәr. Tәk-
tәk tapançalar açıldı, baltalar, kumbullar işә düşdü; kambuzdan iri bıçaqlar,
kordalar götürmüşdülәr. Patrona qәnaәt etdilәr. Tam sakitlik olsun deyә, әl-
ayağı tәrpәnәni oradaca bitirdilәr. Göyәrtәdә üstümüzә çadır çәkdilәr.
Xeylisini büküb, kәndirlә sarıyıb, türümlәrә endirdilәr.
Gәmi açıldı, körpüdәn aralandı. Sәhәr açılmışdı. Sәfәrә yollanaca-
ğımızı, amma haraya aparılacağımızı bilmәdiyimiz halda, göyәrtәdә tәşvişә
düşdülәr.
Demә, Xәzәr Gәmiçilik İdarәsi hәrbi gәmilәrin buxtadan çıxmağına
icazә vermәmişdi. Bizim neftdaşıyan, quru yük aparan böyük gәmilәrimiz
limanın giriş-çıxışını, kanalları tutub dayanmışdılar.
Körfәz blokadaya alınmışdı. Radio-ratsiya ilә danışığa başlamışdılar.
Bumbuz dәmir anbarlardan nә söylәndiyini eşidirdik: hәrbi donanma
Xәzәr gәmiçiliyindәn tәlәb edirdi ki, yolu açsınlar. Bizimkilәr qәti etiraz
edib, bildirdilәr: “Sizin gәmilәrә baxmalıyıq. Apardığınız nәdir?”
“Hәrbçilәrin ailәsini köçürürük”, – dedilәr.
Xәzәr gәmiçilәri bildirdi ki, bizim adamlar sizin gәmilәri yoxlamalıdır.
Әks halda, bircә hәrbi gәmi limandan çıxa bilmәyәcәk.
Üç gün öcәşdilәr. Xәzәr gәmiçilәri hәrbi gәmilәrin yerlәşdiyi “Sabit
Orucov” tankerinә keçdilәr, qәrargah orada idi. Deputat komissiyasının
bütün sәyinә baxmayaraq, onları hәrbi gәmilәrә buraxmadılar.
Donanma katerlәri yaxınlaşdı. Bizim gәmilәri hәdәlәdilәr: “Yol
vermәsәniz, atәş açacayıq”. Xәzәr gәmiçilәri dediklәrindә dayanıb, hәrbi
komandanlığa bildirdilәr: “Sizin gәmilәrә meyit yüklәnmişdir. Gecә, qoşun
   299   300   301   302   303   304   305   306   307   308   309