Page 308 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 308
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Duz

Seymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca
qara çamadanı vә içi dolu hәsir zәnbili gәtirib onun qarşısına
qoydu.
Oğlan şeylәrә tәrәf baxmadı. Gözlәrini anasının yanına sallanmış
damarlı, quru әllәrinә zillәdi.
Sonra onu umacaqlı baxışla süzdü. Firuzә oğlunun fikrini anlayıb
gülümsәdi. Әlini dirsәkdәn ilmәsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinә
saldı.
– Al, hәlәlik bunu xәrclә…
Seymur sәliqә ilә bükülmüş pulun arasını açdı. Üç dәnә qırmızı onluğu
308 görüb qaşqabağını tökdü. Gah ovcundakı pula, gah da anasına baxdı.
Ayrılıq dәqiqәlәrindә ürәyini sarmış kövrәklik әriyib getdi.
Deyәcәyi vida sözlәri qırılmış zәncir halqaları kimi beynindә dağıldı,
pәrәn-pәrәn düşdü. Gözucu anasının ciblәrinә baxdı. “Bәlkә, yenә verdi?..
Bәlkә…”
Firuzә sanki oğlunun titrәyәn barmaqlarını görmәmәk üçün üzünü
döndәrdi.
Baxışları hәsir zәnbilin üstündә dolandı:
– Maşın küçәdә sәni gözlәyir.
Seymur qırmızı onluqları ovcunda sıxıb yumruladı:
– Otuz manatla hara gedim?
Firuzә istәdi oğlunun hirsini dağıtsın, könlünü alsın. Gülümsәdi. Vә
tez dә peşman oldu; anladı ki, bu tәbәssüm Seymurun olan-qalan sәbrini
çalxaladı, daşdırdı.
Oğlan pulu stolun üstünә atdı:
– Bilsәydim belә olacaq, heç qış tәtilinә gәlmәzdim. Başqaları öz
uşaqlarını ağıllı-başlı yola salırlar.
Ana köks ötürdü.
– Bizim dә gücümüz buna çatır.
– Elә bilirsiniz tәlәbә olmaq asandır? Şәhәrdә dolanmaq asandır?
Seymurun sәsi dә titrәdi, dodaqları da. Atası ilk dәfә onun nәzәrindә
adilәşdi, balacalaşdı. “O da gedib özünә sәnәt tapıb. Poçtalyonluqdan nә
çıxar? Otuz ildir onun-bunun qapısına mәktub daşıyır. Ciblәri dә boş.”
Firuzә istәmirdi ki, Seymur evdәn narazı getsin. İstәmirdi ki, bu vida
dәqiqәlәri sonralar ağır daş olub ürәyindәn asılsın. Ana oğlunu mәhәbbәtlә
   303   304   305   306   307   308   309   310   311   312   313