Page 313 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 313
Yusif Sÿmÿdoülu

Astana

Ölüm var ölümdü, ölüm dә var zülümdü.
El sözü

Yәqin ki, bu dәqiqәdәn başlayaraq onu daһa һeç bir şey tәәc- 313
cüblәndirmәyәcәkdi. Cәmi bir saat bundan qabaq, günәş
qübbәnin kәllәçarxında dayanıb alәmi yandırıb yaxırdı. Bir
saatmı? İki saatmı?... Bәlkә, lap on saat bundan qabaq: dünәn gecә on ikinin
yarısında, indi dayandığı yerdәn çox-çox aşağıda, ay işığında gümüş kәmәr
kimi uzanıb Azәrbaycanın cәnubuna gedәn şosedә taksidәn enәndәn sonra,
balaca әl çamadanını nә üçünsә bәrk-bәrk sinәsinә sıxıb, gәldiyi yolla әks
tәrәfә üz tutmuş maşının arxa işıqlarına baxa-baxa fikirlәşmişdi ki, daһa
onu bu dünyada һeç bir şeylә tәәccüblәndirmәk mümkün deyil, dünyanın
min bir tilsimi bura cәmlәşsә dә, o, bu sәrin axşamın yapışqan tәmasından
savayı, һeç bir şey һiss etmәyә qadir olmayacaq. Maşının arxa işıqları – iki
dәnә qırmızı nöqtә uzaqlaşıb-uzaqlaşıb, gecәnin zil qaranlığı içәrisindә
çözәlәndi, ağır xәstәnin sonuncu ümid çırağı kimi birdәn yox oldu: o,
qaranlıqda öz gözlәrinin necә işardığını һiss elәdi... Sәһәr ayılanda – iki
qayanın baş-başa verdiyi yerdә, sal daşın üstdә yatmışdı – düz gözlәrinә
düşәn gün işığı uzununa baxdı: günәş dәnizin arxasından çıxırdı, qıpqırmızı
idi, dәyirmi idi, boz, buludsuz sәmanın köksündә һaralara isә açılan nәһәng
bir deşiyә bәnzәyirdi, bu deşiyә sarı suların üzәrindә qırmızı bir yol gedirdi,
o qırmızı yolda gecә onu bura gәtirmiş taksi dayanıb qabaq işıqlarını
yandırmışdı... O, gözlәrini yumdu, sağ әlini yana uzadıb çamadanın üstünә
qoydu vә özü öz tәşvişinә һeyrәt elәdi: çamadanı buradan kim apara bilәrdi
ki?.. Nә üçünsә uzun müddәt daһa gözlәrini açmağa cürәt etmәdi, başa
düşdü ki, onun indiki һalında qaranlıq işıqdan yaxşıdır, qaranlıqda dünyanı
görmürsәn vә indiki һalda o, dünyanı görmәsәydi daһa yaxşı idi. Çünki nә
әtrafında cәmlәnmiş qayaların, sal daşların sәrt cizgilәri, nә dә çox-çox
aşağıda vә çox-çox uzaqdakı dәnizin dümdüz qoynu daһa onu real alәmә
qaytara bilmәyәcәkdi, gecәki qәfil telefon zәngi onu qırx üç il ömür sürdüyü
real alәmdәn һәmişәlik ayırmışdı... Gecә taksi fırlanıb gedәndәn sonra, şose
yolundan bu qayalıqlar yığnağına qalxa-qalxa һәmin bu telefon zәngini neçә
dәfә eşitmişdi, Allaһ bilir. Hәr dәfә dә cırcıramaların sәsi xırp kәsilmişdi,
qurd-һәşәrat da onu evindәn, ailәsindәn didәrgin salmış bu telefon
zәngindәn qorxmuşdu... Gecә taksi fırlanıb gedәndәn sonra o, qaranlıq
   308   309   310   311   312   313   314   315   316   317   318