Page 310 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 310
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

– Al, bala.
– İstәmirәm! – Oğlan zәnbili dә götürdü.
Firuzә әzilib yumrulanmış pulu Seymurun paltosunun yan cibinә saldı.
– Dәrdin mәnә gәlsin.
Oğlan anasının ağarmış, xәstәhal çöhrәsinә baxdı. Titrәyәn qansız
dodaqlarına baxdı. Onun gözlәrindәki nәmi sezmәdi. Ürәyinin ağrılı-acılı
döyüntüsünü eşitmәdi. Qapını itәlәyib çıxdı.
Külәyin әydiyi çәpәki yağış ananın üzünә, sinәsinә nöqtә-nöqtә
çırpırdı.
“QAZ-69” tәrpәndi.
Seymur yanındakı yoldaşının adda-budda suallarını cavabsız buraxdı.
Gözlәrini maşının aramla, xışıltı ilә işlәyәn şüşәtәmizlәyәninә dikib
fikirlәşdi: “Dedilәr orta mәktәbi qurtaranda sәnә bahalı kostyum alacağıq.
Әvәzindә altmış manatlıq ucuz kostyum aldılar. Dedilәr, instituta girsәn
310 sәnә qızıl saat alacağıq. Almadılar. Saat üçün cәmi-cümlәtanı iyirmi beş
manat göndәrdilәr. İndi dә… Pulları yoxdur, mәnә nә? Haradan tapırlar-
tapsınlar. Nә vaxta qәdәr qorxa-qorxa, qәnaәtlә xәrclәyәcәyәm?..
Ata mәni ötürmәyә dә gәlmәdi… Verdiklәri otuz manatı Bakıya çatan
kimi poçtla geri göndәrәcәyәm.”
Maşın dikә dırmaşan palçıqlı yolu güclә çıxdı. Üzbәüz gәlәn bir kişi
әl qaldırdı, sonra dәrәnin dibini göstәrib nәsә qışqırdı. Sürücü maşını
saxladı. Qapını açıb aşağıya baxdı.
– Seymur, deyәsәn, anandır, dalımızca yüyürür.
“Görәsәn, nә olub? Mәni neynәyir?” Seymur maşından düşdü. Tәzә
qәhvәyi tuflilәrinin palçığa batacağından ehtiyat edib, tәmiz yer seçә-seçә
ayaqlarının ucunda tәpәnin üstünә gәldi. Qara şala bürünüb dikә dırmanan
anasını gördü. Arvad kәsә yolla sürüşә-sürüşә qalxırdı. İki dәfә büdrәyib
dizlәrini yerә verdi. Sağ әlini tez-tez başının üstünә qaldırıb yellәyirdi.
Yağışın suyu oğlanın boynuna, bәdәninә süzüldü. Әti çimçişdi.
Silkәlәnib geri döndü. Ayaqlarını ehmalca qoya-qoya özünü maşına saldı.
“Pul gәtirir, qoy gәtirsin.”
– Bәlkә, qabağına gedәk? – deyә yoldaşı soruşdu.
– Çatıb. – Seymur üzünü, boynunu yaylıqla sildi, sarı, tüklü papağını
çıxarıb çırpdı.
Firuzә oğlu tәrәfdәki açıq dal qapıya özünü güclә yetirdi. Bәnizi
ağappaq idi. Nәfәs aldıqca bütün bәdәni uçunurdu. Qurumuş boğazını
yaşlamaq üçün tez-tez udqunurdu. Seymur anasının hәdәqәdәn çıxmış nur-
suz gözlәrinә baxdı:
– Nә olub?
   305   306   307   308   309   310   311   312   313   314   315