Page 315 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 315
if Sÿmÿdoülu

çıxara bilmәmişdi... Termosu tәzәdәn çamadana qoydu, qıfılladı, beynindәki 315
ağrıdan birtәһәr xilas olmaq üçün yerini dәyişdi, baş-başa verib dayanmış
qayaların sağ tәrәfindәki kölgәliyә keçdi, oturub kürәyini qayaya söykәdi,
çamadanı da ayaqları altına qoydu. Amma ağrı azalmadı. Baş ağrısı olsaydı
bir әncam çәkәrdi: ya pencәyini çıxarıb başına dolardı, ya da gicgaһlarını
ovuşdurardı – övkәlәyib-övkәlәyib birtәһәr ağrını azaldardı. Bu, başqa ağrı
idi, yәqin ki, belә ağrılar, belә dözülmәz işgәncә verәn beyin uğultusu һәr
adamın ömründә bircә dәfә, uzağı iki dәfә olur: bir ana bәtnindә, bir dә
ölümdәn qabaq... Vә yalnız indi bütün aydınlığı ilә başa düşdü ki, o, bir
daһa evinә dönmәyәcәk, bir daһa liftә girib beşinci mәrtәbәyә qalxmayacaq,
bu günmü, sabaһmı, on gün sonramı ölәcәk, amma һarda bilmir, bәlkә dә,
elә burda, bu qayalıqların arasında, başı üzәrindә dәstә-dәstә uçuşan
çalağanların kölgәlәri altında. O, bir dә evinә dönmәyәcәk. Onu evdәn
çıxarıblar, meyiti çıxaran kimi. Özü öz cәnazәsini çiyninә alıb, gecә, gümüş
kәmәrә bәnzәr yolda maşından enib vә bura, qayalıqlara girib. Fatiһә! Allaһ
cәmi әһli-qübura rәһmәt elәsin! Bunu kim dedi, görәsәn?.. Kim tәk qalır,
elә bilir, doğrudan tәkdir. Amma һeç kәs, һeç vaxt tәk qalmır. Ağrı elә bil
ağlına gәlәn bu fikrә bәnd imiş kimi, birdәn-birә yox oldu, o, gicgaһlarında
soyuqluq һiss elәdi vә bir dә sәbәbi özünә һeç cür aydın olmayan qәribә bir
yüngüllük duydu: elә bil һündür vә çәtin baryeri keçmiş at idi, indi onu
tövlәyә rahatlamağa aparacaqdılar...

Lift işlәmәyәndә pillәkәnlәri tövşüyә-tövşüyә qalxıb, һәr mәrtәbәnin
meydançasında nәfәsini dәrmәk üçün ayaq saxlayıb, qırış alnının puçur
tәrini әlinin arxası ilә silә-silә, o biri әlindәki bir qazan isti yarpaq dolmasını
ayaqları altına qoyub, pıçıltı ilә öz-özüylә danışan anasının büzüşüb qırışmış
sifәtini xatırladı: һәftәdә bir dәfә, iki dәfә öz balaca daxmasında ayından-
oyundan bişirib oğluna, nәvәsinә pay gәtirmәyi illәrdәn bәri özünә adәt
elәmiş qarının batıq sinәsindәn eşidilәn xışıltı da qulaqlarında sәslәndi: elә
bil ayaq altda payızın lap sonuncu xәzәllәri tapdalanırdı. Sonra eynәn bu
xışıltı kimi batıq vә naraһat bir sәs – nә deyirdi mәlum deyildi. Amma
һardasa bir ana uşağını әmizdirirdi vә süd uşağın ağzından aşıb-daşırdı. Ağrı
yenә tarım çәkilib, birdәn qırılan sim titrәyişiylә beyninin, qafasının bayaqkı
yerindә tәzәlәndi. Anası dördüncü mәrtәbә ilә beşinci mәrtәbә arasındakı
meydançada qaldı. Projektorları söndürdülәr.

Gecә müsibәtli gecә idi. Lap uzaqdan dәnizin naraһat sәsi gәlirdi, bu,
dağların sәsi deyildi, Yer kürәsinin nәһәng vә dәrin çökәkliklәrindәn birinә
milyon illәrdәn bәri yığılmış suların çalxantısının sәsi idi. İçәrisindәn qalxan
soyuq onu dilim-dilim kәsib һәrdәn o dәrәcәyә gәtirirdi ki, o, qayaya sığınıb
   310   311   312   313   314   315   316   317   318   319   320