Page 196 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 196
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

anlığa astanada durub otağa göz gәzdirdilәr. Sonra әllәrindәki avtomatları
düz Xәzәngülә tәrәf tuşladılar. Uzandığı yerdә sanki daşa dönmüş
Xәzәngülün gözlәri bәrәlә qalmışdı. Qorxudan kirpik dә çala bilmәdi.
yoldaşından xeyli cavan görünәn o biri ermәninin belindәn dәstәyi ceyran
ayağından olan bıçaq da asılmışdı. O yoldaşını dümsüklәdi:

– Sarkis dayı, bunu, deyәsәn, bizә qәnimәt qoyub gediblәr axı. Bunu
deyәrәk, Xәzәngülün yatağına yaxınlaşdı. Bir hәmlә ilә әlini uzadıb yorğanı
onun üstündәn çәkdi. Xәzәngülün sarıqlı ayağını görüb istehza ilә
gülümsәdi:

– Belә de. Demәk, buna görә qaçmamısan.
O, Xәzәngülün açıqda qalmış dizlәrini ehtiraslı gözlәriylә süzәndә
Xәzәngül güc-bәla әyilib, yorğanı sinәsinәdәk yuxarı çәkdi. Ermәninin
saqqallı sifәtindә yenә iyrәnc bir istehza duyuldu:
– Ay yazıq, niyә gizlәdirsәn? Onsuz da bir matah deyilsәn. Dişә dәyәn
196 olsaydın, çoxdan qaçıb getmişdin.
Sonra avtomatlarını çiyinlәrindәn çıxarıb, otağın künc-bucağını
axtarmağa başladılar. Hәr yeri eşib tökdülәr. Yoldaşının “Sarik” çağırdığı
yaşlı ermәni dedi:
– Levon, sәn bunların dilini yaxşı bilirsәn. Soruş ki, qızıl vә bәzәk
şeylәrini harada gizlәdib.
Cavan oğlan yenә Xәzәngülә yaxınlaşıb amiranә bir tәrzdә soruşdu:
– Axçi, de görüm, qızıllarınızı harada gizlәtmisәn?
Gözlәri hәlә dә bәrәlә qalmış Xәzәngüldәn sәs çıxmadı. Dinә bilmirdi.
Sözlәr elә bil boğazında ilişib qalmışdı.
– Hә, dinsәnә, cavab ver.
Xәzәngül, nәhayәt, sәsi boğazından tıxana-tıxana dedi:
– Bizim qızılımız yoxdur.
– Yalan deyirsәn. Qızılların yerini de. Görürәm, sırqalarını da çıxarıb
gizlәtmisәn.
– Bizim qızılımız yoxdur, – Xәzәngül yenә tәkrar etdi, inanmırsan
axtar bax.
Yoldaşı soruşdu:
– Hә, nә deyir?
– Deyir ki, qızılımız yoxdur.
– Zәrәr yoxdur. Özümüz axtarıb taparıq. Müsәlman ola, qızılı olmaya.
Gәl bәri, özümüz taparıq.
Levon Xәzәngüldәn uzaqlaşanda onu hәdәlәdi:
– Heç eybi yoxdur. Bunun әvәzindә gör sәnin başına nә oyun
açacağam.
   191   192   193   194   195   196   197   198   199   200   201