Page 195 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 195
Qûlman Èëkin

İntiqam

Bütün gecә kәndi lәrzәyә salmış top sәslәri sәhәrәyaxın kәsildi. 195
Xәzәngül elә bil birdәn-birә gurultulu, çaxnaşıq bir alәmdәn
dibsiz, qaranlıq bir yarğana yuvarlandı. Lakin bu sәssizlik ona
top vә mәrmilәrin qulaqbatırıcı gurultusundan daha müdhiş göründü.
Qulaqları sәs saldı. Axşamdan çaxnaşma içәrisindә vurnuxan camaatın
çığır-bağırtısı da daha eşidilmirdi. “Bu nәdir? Hamı qaçıbmı? – fikirlәşdi,
– tәk-tәnhamı qalmışıq bu cәhәnnәmdә? Yәni camaatın içәrisindә bir nәfәr
dә tapılmadı ki, mәni yada salsın? Yox, bu ola bilmәz. Kim bilmәsә dә,
Xeyransa ilә әri gözәl bilirlәr ki, mәn tәrpәnә bilmirәm. Yoxsa ermәnilәr
başlarının üstünü elә alıblar ki, hәrәsi ağzını bir sәmtә tutub, qaçıb? Әllәri
heç yerә çatmayıb?” Xәzәngül bunları fikirlәşәndә qonşularını o qәdәr dә
qınamırdı. Bilir ki, hәrәsinin bir çәtәn uşağı var. Bu mәrәkәdә hamı öz
başının hayında olub.
Boylanıb şüşәlәri qırıq-qırıq olmuş pәncәrәdәn eşiyә baxmaq istәdi.
Lakin hәlә dә qan sızan ayağının yarası elә sızıldadı ki, yerindәn tәrpәnә
bilmәdi. Başında da bәrk ağrı başlamışdı. Çünki bütün gecәni bir dәqiqә
belә çimir vurmamışdı. Top mәrmilәri evlәrinin lap böyründә partlayırdı.
Dәqiqәbәdәqiqә gözlәmişdi ki, onlardan biri dә indicә damlarına düşәcәk
vә onu körpәsi ilә birlikdә göyә sovuracaqlar. Zavallı körpә dә sübhәdәk
kirimәmişdi.
Üç gün qabaq hәyәtlәrinin ortasında partlamış top mәrmisindәn
yaralanmış ayağının sızıltısı ilә ara-bara vermişdi. Baldırının sallana qalmış
әtini yerinә yapışdırıb, üstündәn bәrk-bәrk sarısa da ağrısı kәsmirdi. Qanı
hәlә dә sızırdı. Bu zaman burnuna hardansa yanğın iyi gәldi. Canını dişinә
tutaraq, yenә pәncәrәyә tәrәf boylandı. Dağların başı tüstüdәn görünmürdü.
Aşağılarda qoşa çinar tәrәfdәki bütün evlәr alov içindә idi. Uçuq daş-divar-
dan qalxan toz-torpaq buludları yanğının tüstülәrinә qarışaraq, burula-burula
onlara tәrәf yayılırdı. Birdәn eşiktәrәfdәn hәnirti eşidildi. Sәslәr getdikcә
güclәndi. Xәzәngül yaxınlıqda ermәni danışıqlarını aydın ayırd elәyә bildi.
Bundan dәhşәtә gәldi: “Aman Allah, ermәnilәr kәndә giriblәr”. Bәdәnini
titrәmә bürüdü. Yarpaq kimi әsәn әllәri ilә körpәsini beşikdәn qaldırıb
sinәsinә basdı. Buz kimi soyuq yanaqları ilә süzülәn göz yaşları anasını
әmmәyә başlamış körpәnin dә sifәtini islatdı. Xәzәngülün ürәyi sanki
sinәsindәn qopub, boğazında çırpınırdı.
Birdәn qapıya vurulan tәpik onu daha da sarsıtdı. Qapının cәftәsi
yerindәn qopub düşdü. İki nәfәr yekәpәr saqqallı ermәni içәri soxuldu. Bir
   190   191   192   193   194   195   196   197   198   199   200