Page 192 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 192
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Qoca oğlana ani bir nәzәr saldı:
– Bu sәhәr, – dedi, – İçәrişәhәrdәn yenә iki nәfәr gәlmişdi. Dedim
işimiz çoxdur. Ayın on beşindәn sonra...
Qız oğlana baxdı. Oğlan qaşqabaqlı halda nәzәrlәrini endirdi. Araya
gәrgin bir sükut çökdü. İndi qocanın tәbәssümü daha narahat görünürdü.
Birdәn oğlan başını qaldırıb düz onun gözlәrinә baxaraq qәti vә sәrt
ifadә ilә:
– Usta, – dedi, – mәn tay sabahdan gәlmәyәcәyәm.
Usta batqın sәslә soruşdu:
– Hara gәlmәyәcәksәn?
– Qır salmağa.
– Niyә?
– Oxumağa gedirәm.
192 – Hara gedirsәn?
– Oxumağa. Yol texnikumuna.
– Çәtin olmaz?
Oğlan onun nәyә işarә elәdiyini anladı:
– Birtәhәr dolanarıq, – dedi.
– Mәn işlәyәcәyәm, o oxuyacaq, – deyә saçlarına qırmızı lent bağlayan
hәmin qız amansızcasına әlavә etdi. – Bilirsinizmi, usta, tay qırçılığın dövrü
keçib. Görürsünüz ki, indi tәzә tikilәn evlәrin üstünә qır basmırlar.
Qoca düşündü: “Bәli... doğrudur... Tәzә evlәrin damına qır basmırlar.”
Qız eyni amansızlıqla davam edirdi:
– Sizә baxmayın. Rәşid çox cavandır. O, gәlәcәk haqqında düşün-
mәlidir.
Qoca düşünürdü: “Elәdir... Әlbәttә...”
– Doğrusu, Rәşid heç sizdәn ayrılmaq istәmirdi. Ancaq...
Qız cümlәsini bitirmәdi. Buna ehtiyac da yox idi.
O, saçlarına qırmızı lent bağlamış hәmin qıza baxaraq mehribanlıqla
gülümsәdi. Qız ona hәddindәn artıq balaca vә hәddindәn artıq güclü
görünürdü. Oğlan eyni sәrt ifadә ilә gözlәrini bir nöqtәyә zillәmişdi.
Qız çayını arxayınlıqla içib qurtarandan sonra özünün vә oğlanın
stәkanını götürüb (qoca çayını içmәmişdi) mәtbәxә apardı, tәrtәmiz yuyub
taxçaya qoydu vә o geri qayıdanda oğlan dәrindәn nәfәs alaraq qalxdı, qoca
da durdu.
Oğlan ona baxıb dedi:
– Tay biz gedәk.
– Gedin.
– Sağ ol.
   187   188   189   190   191   192   193   194   195   196   197