Page 52 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 52

Zakir F XRİ   Zakir FAKHRI


                        yorğun-arğın
                        dönәrdi komasına.
                        Görәrdi iki zәrif әl uzanıb
                        qayıdan yolları üstә.
                        Qәmindәn qopub yıxılardı,
                        Düşәrdi bir sevgili gözәlin
                        incә qolları üstә.
                        Bir sevgili baxışların
                        odu altından keçәrdi,
                        odundan içәrdi.
                        Əriyәrdi kәdәri istisindә.
                        Qüssә-qәmlәrini
                        kürüyәrdi canından
                        o sevgili baxışlar.
                        Tәzәdәn doğulardı Mәlik.
                        Axşam azanında
                        әlini qulağına aparıb
                        quş sәsiylә oxuyardı:
                        “Qara Mәlik, hәyat bir şirin yuxu,
                        Bәşәr tarixini yenidәn oxu.
                        Demә, mәhәbbәtmiş dünyanın oxu,
                        Başına hәrlәnir cahan, görmüşәm”.

                                      VIII
                        Qonşumuz Qara Mәlik
                        Düşdü yağışa bir gün.
                        Yağışdan çıxa bilmәdi.
                        O ki var
                        islandı yağışda
                        İslandı, gәl görәsәn.


               52
   47   48   49   50   51   52   53   54   55   56   57