Page 50 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 50

Zakir F XRİ   Zakir FAKHRI


                        xәstәlәr qalxıb yorğan-döşәkdәn.
                        Halsız gәlәn hallı gedir.
                        Ulduzlar da yallı gedir.
                        Gül qızlar da yallı gedir.
                        Dul kişilәr qeyrәtә gәlib.
                        Şәklәnib torpağın qulağı,
                        Daş-qaya heyrәtә gәlib!
                        Çırtma vurub
                        oynadı doyunca Mәlik,
                        çәpәrlәr boyunca Mәlik.
                        O gün
                        havalı aşığın
                        havalı- havalı inlәdi sazı.
                        O gün
                        kәnd-kәsәk
                        havalı-havalı dinlәdi sazı,
                        havalı-havalı getdi yuxuya,
                        havalı yuxular gördü.
                        Gördü ki, havalanıb
                        hәrә bir at belindә,
                        qara qorxuları salıb qorxuya,
                        çapır, çapır irәli
                        şәrqi oxuya-oxuya!

                                      VII
                        Üzü-gözü
                        qәmlәrinә bulaşa-bulaşa,
                        Ayaqları
                        kәdәrinә dolaşa-dolaşa
                        axşamayaxın


               50
   45   46   47   48   49   50   51   52   53   54   55