Page 104 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 104

Zakir F XRİ   Zakir FAKHRI


                                ÇİYNİMDƏ
                           TABUT, GƏZİRƏM


                           Alışdım tәk daşımağa,
                           Çiynimdә yük daşımağa,
                           Yer yox bir tük daşımağa,
                           Çiynimdә tabut, gәzirәm.

                           Dolaşıram dağı-daşı,
                           Nә zәr, nә yaqut gәzirәm.
                           Düyün-düyün yollarımı
                           Aça-aça oxuyan bir
                           Kökdәn düşmüş ud gәzirәm.
                           Çiynimdә tabut, gәzirәm.

                           Gәzirәm dörd bir tәrәfi,
                           Bilmirәm yolum haradı.
                           Çәkir mәni sirr tәrәfi...
                           Ölümü gördüm, deyәsәn,
                           Görәsәn, olum haradı?

                           Suyuna dodaq dәymәmiş,
                           Köksünә ayaq dәymәmiş,
                           Sinәsinә ox dәymәmiş
                           Gözdәn uzaq yurd gәzirәm,
                           Çiynimdә tabut, gәzirәm.

                           Dörd yana meydan sulayan,
                           Sәsi ruhunu dalayan,
                           Axirәt deyib ulayan

               104
   99   100   101   102   103   104   105   106   107   108   109