Page 102 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 102

Zakir F XRİ   Zakir FAKHRI


                                      * * *
                   Gözlәrim çinar ağacına dikilib. Ağacın dibindә
               әlindә “raqatka” budaqlarda sәrçә axtaran  balaca
               Zakiri gördüm. Qayğısız, ağrısız, içi hәyat eşqi
               ilә dolu...
                   Dünyaya sevgiylә, nәşә dolu gözlәrlә baxan
               Zakirlә üz-üzәyәm. Gözlәrimin yaşını saxlaya
               bilmirәm. Ona tәrәf addım atmaq istәsәm dә,
               ayaqlarım getmir. Qulaqlarımda Cәlalәddin Ru-
               minin sözlәri sәslәnir:
                   “Dünyaya nәşә dolu gözlәrlә baxma:
                   İlanın kürәyini gözәl  naxışlar bәzәyәr, zәhәri
               isә öldürәr...”
                   “Bağışla, – deyirәm, – qal burda, bizi ayıran
               ayırıb bir-birimizdәn, bu, çarәsiz ayrılıqdı. Sәnә,
               sәnin dünyana qayıtmaq istәrdim, amma olmaz
               deyirlәr, sәnlik deyil deyirlәr, eşidirsәnmi?”


                   Yazmasaydı Yaradan, dәrdә rәsul olmaz idim.
                   Dәrd mәnә şah, mәn ona zәrrәcә qul olmaz idim.


                   Fәxri, günah evidi dünya, günah, yoxsa ki, mәn.
                   Yuyunub göz yaşında, gündә qusul almaz idim.

                   Pıçıltıyla danışıram: “Sәn elә belәcә dә qal,
               heç olmasa, birimizin çiynindә yük olmasın.
               Tabutun altına girmә, dünya boyda yükü var.
               Bu dünyada ayaq qoymağa yer yoxdu, qalmayıb,
               ayaq qoyduğum hәr yer iynәdi... Eşidirsәn?..”




               102
   97   98   99   100   101   102   103   104   105   106   107