Page 98 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 98

Zakir F XRİ   Zakir FAKHRI








                                  AXİRƏT


                     Bir sәhәr yuxudan durarsan, qardaş,
                     Bilmәzsәn sәhәrdi,
                     ya axşam çağı…
                     Axar suların da
                     yolu dәyişib,
                     Görәrsәn әriyib Himalay dağı…
                     Yolların da sağı,
                     solu dәyişib,
                     Suların altında qalıb qәbirlәr.
                     Sular da qәbrinin üstündәn axır…
                     Ruhun da göylәrdәn
                     qәbrinә baxır…
                     Baxarsan, elә hey
                     gözün axtarar…
                     Amma görәrsәn ki,
                     nә bir inni-cinni,
                     nә bir can qalıb.
                     Nә bәla, nә xәta,
                     nә dә qan qalıb...
                     Sularda ovulub,
                     әriyib hәr şey,
                     Nә sәs, nә bir sәda
                     …kiriyib hәr şey.
                     Daşlar ağac olub,
                     ağaclar da daş…

               98
   93   94   95   96   97   98   99   100   101   102   103