Page 9 - "Kişi, qadın və çətir"
P. 9
vrünün, bu adaptasiya prosesinin ağrılarına post-
modern instinkt təəssüratı bağışlayır. Məsələn, Na-
talya Belotserkovetsin bir şeirində oxuyuruq:

İmperiyanın çürüdüyü, ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
qətlə yetirilən sonuncu adamların yıxıldığı,
divarların uçurulduğu dönəmlərdə
sən sərhədin o üzündə qalmışdın –
yenidənqurma, gələcək liderlərin görüşü,
Avropanı qaydaya salmaq
və bu kimi cəfəng şeylər beyninə dolmuşdu
ordakı universitetlərin yaşıl çəmənlərində.

“Bacarırsan, orda qal” – demişdi sevdiyin qız da... 9
Amma sən qayıtmışdın:
avtobuslardan və ödənişli tualetlərdən
artırıb yığdığın sonuncu beş funtuna
Liverpulun bazarından
sarı rəngli dəri gödəkcə alıb geymişdin.
bəlkə də, iyirmi ilin gödəkcəsiydi
hələ altmışıncı illərdə
hansısa qoca bir qurd geyirmiş onu.
Sürtülmüş dana dərisində kommuna və hippi,
bitlz və marixuana xatirələrinin görünmürdü sonu.
Döş cibində telefon nömrələri olan bir parça kağız
qalmışdı...

İroniyanın eyni özəlliyini Dmitri Lazutkində də
görürük:
   4   5   6   7   8   9   10   11   12   13   14