Page 7 - "Kişi, qadın və çətir"
P. 7
rçənd postmodernizmin nəzəriyyəçilərindən ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
olan J.Derrida da hər şeyin çütlük kimi önə çıxarıl-
dığı (hərfi-məcazi, ciddi-bayağı, transsendent-em- 7
pirik) “söz mərkəzçiliyindən” imtinaya, bu baxım-
dan dilə deyil, yazıya önəm verməyə çağırırdı.

Ancaq təqdim edilən bu antologiyadakı şairlə-
ri birləşdirən cəhət təkcə dil-fikir “qarşıdurması-
na” münasibət deyil, bunlar həm də şeirin texni-
kasına yanaşmada qələmi bir zindana vururlar: de-
mək olar ki, hamısı verlibrə meyillidir. Yuri Tar-
navski, Vasil Stus, Vasil Ruban, Vasil Qoloborodko
kimi ədəbiyyata 60-cı illərdə gəlmiş şairlərlə ilk şeir-
ləri 2000-ci ildən sonra dərc edilmiş Yelena Paşuk,
Anna Maliqon, Lyubov Yakimçuk, Mark Livin, Alla
Mikolaenko, İqor Astapenko, Oleq Kotsarev, Yev-
geniya Lyuba, Olesya Mamçiç kimi gənclər arasın-
da şeirin texnikası və intonasiyası baxımından cid-
di fərq yoxdur. Subyektiv görünsə də, demək yeri-
nə düşərdi ki, bu tendensiya Qərb şeirinin ənənə-
lərindən gəlir – verlibr, dilin “sərtliyinə”, lüğətin
zənginliyinə rəğmən qafiyələnən sözlərin azlığına
görə ingilisdilli poeziya üçün daha xarakterikdir.

Ukrayna şeiri XIX əsrdən XX əsrin ortalarına-
dək, demək olar ki, “tərpənməz”, sabit vəziyyət-
də, farağat duruşda idi. XX əsrin ortalarından sti-
listika, düşüncə tərzi, estetik yön baxımından sürət-
lə dəyişməyə, yenilənməyə başladı. Bu dəyişiklik-
lər hər şeydən qabaq üç böyük ictimai-siyasi hadi-
sədən qaynaqlanırdı: 60-cı illərdə ideoloji təzyi-
qin, siyasi sistemin nisbətən yumşalması, 80-ci il-
   2   3   4   5   6   7   8   9   10   11   12