Page 5 - "Kişi, qadın və çətir"
P. 5
asir Ukrayna şeiri:
dil, yoxsa təfəkkür?

“Poeziya – azadlığımızın qarantıdır, amma həm ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
də hansısa mənada azadlığımız qarşısında bir ma-
neədir: çünki şeirin istifadə elədiyi dil onu dəyişir. 5
Biz dili bir-birimizi anlamaq üçün yaratmışıq, an-
caq onun əziyyətini də çəkirik. Pis odur ki, əslində
biz dili yox, dil bizi mənayla doldurur. Əsl poeziya –
mətndə dilin hakimiyyətini zəiflətmək, onun mə-
nalarıyla işləyərək, dili dəyişməkdir...” Bu fikirlər
müasir Ukrayna poeziyasını təmsil edən şairlər-
dən birinə – Lyubov Yakimçuka məxsus olsa da,
demək olar ki, bu ölkənin XX əsr poeziyasının par-
laq imzalarının çoxunun yaradıcılıq prinsipi kimi
qəbul edilə bilər. Ümumən, yaradıcılıq qayələrini
gerçəkləşdirməklə yanaşı, həmin prinsipləri həm
də şeirdə bəyan etmək Ukrayna şairlərinə də xas-
dır. Məsələn, elə indicə adını çəkdiyimiz Lyubov
Yakimçuk müsahibəsində ortaya qoyduğu yanaş-
manı bir şeirində belə ifadə edir:
   1   2   3   4   5   6   7   8   9   10