Page 6 - "Kişi, qadın və çətir"
P. 6
KİŞİ, QADIN VƏ ÇƏTİR

mənə Luqanskdan danışmayın daha
o, çoxdan qansk olub
“lu”nusa qırmızı asfalta çeviriblər

sizsə şeirlər yazırsız
lirik şeirlər
gözəl şeirlər
hamar şeirlər
qızıl şeirlər
müharibə haqda şeir olmur, əzizim
müharibə haqda yalnız ayrılıq var
6 yalnız hərflər var
hamısı da – r

Pervomayskı da bombayla iki yerə böldülər:
pervo və maysk.

indi mən də çox köhnəyəm, çox qocayam
indi mən də daha Lyuba deyiləm
yalnız ba-yam

Təbii ki, müasir şairlərin şeirlərindəki sintaksis
quruluş, sözlərin deformasiyası, fərdi poetik lüğət
futurizm ənənələrindən gəlir. XX əsrdə futurizmə
fikri dil normalarının buxovlarından azad edən cə-
rəyan kimi baxılması dünya ədəbiyyatına məşhur
imzalar bəxş elədi: rus futuristi Xlebnikovun da-
vamçıları Ukraynada bu gün də diqqət mərkəzin-
dədir. Loqosentrizmdən imtina, vizual şeirə istiqa-
mətlənmə, təfəkkürün “dildən təmizlənməsi”...
   1   2   3   4   5   6   7   8   9   10   11