Page 8 - "Kişi, qadın və çətir"
P. 8
KİŞİ, QADIN VƏ ÇƏTİR

lərdən etibarən yuxarıdan başlanan “yenidənqur-
ma” prosesi, ardınca da Sovet məkanındakı ölkə-
lərin müstəqillik qazanması. Aydındır ki, sadaladı-
ğımız hadisələr quru statistik faktlar deyil, sosial-
psixoloji atmosferi və mədəni konteksti ciddi şəkil-
də dəyişmiş tarixi mərhələlərdir. Ukrayna şeirin-
dəki sıçrayışların “ilham mənbələrinə” bir neçə
məqamı da əlavə edə bilərik: kapitalizm münasi-
bətlərinə keçidin ortaya qoyduğu sosial-mədəni
reallıqlar, yeni minillikdə həyatımıza informasiya
və kommunikasiya vasitələrinin kütləvi daxil ol-
8 ması, internetin fərqli bir söz müstəvisi kimi diktə
etdiyi şərtlər, əxlaq modellərindəki dəyişikliklər,
sərhədlərin açılmasıyla Qərb modernizmi və post-
modernizminin sel effektiylə “əyalətləri” basma-
sı...

80-ci illərdən başlayaraq Ukraynada konsep-
tualistlərin axın kimi şeirə gəlişi həm də yuxarıda
sadaladığımız siyasi islahatların nəticəsi idi. Aydın
görünür ki, diqqət mərkəzinə insanın total asılılığı-
nı gətirən konseptualistlərin ifadə tərzi sovet
dövrünün sənət və həyat ehkamlarına qarşı üsyan-
dır, onların şeirlərindəki ekzistensial ovqat insanı
sosial mənsubiyyətinə görə dəyərləndirən düşüncə
sisteminə ziddir. Ancaq keçid dövrünün psixoloji,
mənəvi sarsıntıları, yeni dəyərlərə, yeni iqtisadi
münasibətlərə, yeni mədəni düzənə adaptasiya
prosesinin ağrıları bu dövr şairlərinin şeirlərinə
sanki bir düşüncə xaosu da gətirib. Yəqin, buna
görədir ki, şeirlərdəki ironiya qatları bu keçid
   3   4   5   6   7   8   9   10   11   12   13