Page 13 - "Kişi, qadın və çətir"
P. 13
Gİ ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
mənim sevgim 13
ağızda banan dadıtək
banaldı,
mən sevgilimin
ağzından öpməliyəm
barmaqlarımla
portağal kimi bədəninə toxunaraq...
deməliyəm:
mən səni sevirəm,
çünki kişiyəm.
QOCA HÖKMDAR
Öz sümüklərindən düzəldilmiş,
solğun kölgəsindən
cırıldayan taxtda oturub –
keçəl başında
milçəkdən tac.
Əhəngdən
və göy boyadan olan
göz yaşları
yanaqlarından axır.
Əsa yerinə
şəhadət barmağını tutub,
dövlət yerinə
soyuq diz qapağını.
mənim sevgim 13
ağızda banan dadıtək
banaldı,
mən sevgilimin
ağzından öpməliyəm
barmaqlarımla
portağal kimi bədəninə toxunaraq...
deməliyəm:
mən səni sevirəm,
çünki kişiyəm.
QOCA HÖKMDAR
Öz sümüklərindən düzəldilmiş,
solğun kölgəsindən
cırıldayan taxtda oturub –
keçəl başında
milçəkdən tac.
Əhəngdən
və göy boyadan olan
göz yaşları
yanaqlarından axır.
Əsa yerinə
şəhadət barmağını tutub,
dövlət yerinə
soyuq diz qapağını.