Page 18 - "Kişi, qadın və çətir"
P. 18
KİŞİ, QADIN VƏ ÇƏTİR
***
çevik pianoçu barmaqlarıyla
sinəsində nəsə çalarkən:
– de görüm, Modilyani axmaq idi? –
Soruşdu qadın.
– Axmaq idi, elə hamımız kimi –
mən onun indicə səngimiş
partlayışlarını
18 qucaqlayaraq dedim.
– Bilirsən, incəsənətin
qəribəliyini çox düşünürəm:
bir az dəbdi,
bir az da dəbdəbədi.
– Hə, incəsənət dəbdəbədi, –
cavab verdim dizlərindən öpərək.
– Amma dəbdəbə bizi
yoxsulluq girdabından çəkib çıxarır.
Bu öləri insanlara
heç olmasa, xırda bir dəbdəbə gərək:
inanclarında,
vərdişlərində,
zövqlərində,
elə kaprizlərində də.
***
çevik pianoçu barmaqlarıyla
sinəsində nəsə çalarkən:
– de görüm, Modilyani axmaq idi? –
Soruşdu qadın.
– Axmaq idi, elə hamımız kimi –
mən onun indicə səngimiş
partlayışlarını
18 qucaqlayaraq dedim.
– Bilirsən, incəsənətin
qəribəliyini çox düşünürəm:
bir az dəbdi,
bir az da dəbdəbədi.
– Hə, incəsənət dəbdəbədi, –
cavab verdim dizlərindən öpərək.
– Amma dəbdəbə bizi
yoxsulluq girdabından çəkib çıxarır.
Bu öləri insanlara
heç olmasa, xırda bir dəbdəbə gərək:
inanclarında,
vərdişlərində,
zövqlərində,
elə kaprizlərində də.