Page 23 - "Kişi, qadın və çətir"
P. 23
ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
Sönmüş ocaq başında oturub
ovcumuzdakı külüylə oynayırıq, 23
ovxalayırıq sönmüş kömürü:
birdən alışsa?..

Burda qaranlıqdı, dəhşətdi,
orda da, ordan o yanda da zülmətdi,
havasa sanki yanır.
– Buna bax! – fikirli-fikirli deyir dostum
və qorxu bürüyür gözlərini.
– Görürəm, – işıldaquşa baxaraq
kədərli-kədərli cavab verirəm.

Sönmüş ocaq başında oturmuşuq –
bir əsr,
iki əsr,
üç əsr
hava sönmür, sönmür...

dostumun inamı sarsılanda
əbədi od adlandırır kül topasını
və kibrit istəyir
siqaretini yandırmağa.
   18   19   20   21   22   23   24   25   26   27   28